adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Fevral 2017 21:24
19537
ŞOU-BİZNES
A- A+

Tanınmış müğənni avtomobil qəzasına düşdü

Türkiyənin tanınmış müğənnisi Sıla Gençoğlu avtomobil qəzası keçirib.

Adalet.az-ın "Vatan" qəzetinəistinadən məlumatına görə,ifaçının sürücüsü İsmail Serkan 34 ZG 1593 dövlət seriyalı avtomobili ilə Ankara istiqamətində hərəkət edərkən qəza törədib.

Qəza zamanı maşında müğənnidən başqa,Hande Kızıl və Büşra Sarıkaya da olub. Sürücü qəzadan heç bir zədə almadan xilas olsa da,digər üç nəfər ağır yaralanıb.

Sıla təcili yardım maşını ilə Düzce Atatürk dövlət xəstəxanasına, Hande və Büşra isə Hendek dövlət xəstəxanasına yerləşdiriliblər.

Həkimlər ilkin yardımdan sonra müğənninin vəziyyətinin yaxşı olduğu bildiriblər.

Hazırda faktla bağlı araşdırmalar gedir.