adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
14 Fevral 2017 21:15
4740
HADİSƏ
A- A+

İranlıdan götürülən 29 min zəli göllərə buraxıldı

Zoologiya İnstitutunun Mingəçevirdəki süni göllərinə 29 min zəli buraxılıb.

Adalet.az xəbər verir ki, ötən ay Astara Gömrük İdarəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasına aparılarkən gömrük əməkdaşları tərəfindən aşkarlanan minlərlə zəli suya buraxılıb. Canlı orqanizm sayılan bu zəlilər İran vətəndaşı Zahidi Qulamrza Əbülfəz tərəfindən qaçaq yolla ölkədən çıxarılarkən saxlanılıb.

Aparılan araşdırmalar zamanı zəlilərin müvafiq qurumlardan heç bir icazə olmadan Masallı rayonunun ərazisindəki müxtəlif göllərdən toplanıldığı və satışının təşkili üçün başqa ölkəyə aparıldığı məlum olub. İran vətəndaşından aşkarlanan zəlilərin bioloji mühafizəsinin təmin edilməsi üçün onlar Azərbaycan Milli Elmlər Akademiyasının və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən birgə olaraq fevralın 14-də Zoologiya İnstitutunun balansında olan Mingəçevir şəhərindəki süni göllərə buraxılıb. Zəlilərin bir müddət burada qaldıqdan sonra yenidən təbiətə buraxılacağı bildirilir.