adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Fevral 2017 18:45
3889
HADİSƏ
A- A+

Gömrükdə telefon əməliyyatı

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının üzərində gömrük baxışı həyata keçirilib.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, baxış zamanı 4 ədəd "Samsung Galaxy J5”, 3 ədəd "Samsung Galaxy J2 prime”, 1 ədəd "Samsung Galaxy J7” markalı mobil telefonlar və 7 ədəd mobil telefon qutusu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.