adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Fevral 2017 18:30
6963
ELM VƏ TƏHSİL
A- A+

Buraxılış imtahanlarının TARİXLƏRİ məlum oldu

Dövlət İmtahan Mərkəzi bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının Imərhələsinin keçirilmə qrafikini açıqlayıb.

Adalet.az xəbər verir ki, bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının Imərhələsi 2017‑ci il 5,12, 18 mart tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.


Tarix

Şəhər (rayon)

05.03.2017

Bakı, Sumqayıt, Abşeron, Xızı, Qobustan

12.03.2017

Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Ağsu, Ucar, Kürdəmir

18.03.2017

Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Göyçay, Şamaxı, Ağdaş, Yevlax, Quba, Şabran, Qusar, Xaçmaz, Siyəzən

Qeyd 1: Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Qeyd 2: Heydər Əliyev adına Hərbi Lisey və Peşə liseylərinin şagirdləri üçün imtahanmartın 12‑də,C.Naxçıvanski adına Hərbi lisey, Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçünmartın 18-dəkeçiriləcək.

Modern.az