adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Fevral 2017 17:30
3749
HADİSƏ
A- A+

Bakıda 1 yaşlı uşaq yanaraq ölüb

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd divan və 4 m2 sahədə lambirdən ibarət tavan yanıb.

Adalet.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Cəfərov Cabbar Siyavuş oğlunun meyiti aşkar olunub. Bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 12:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.