adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Fevral 2017 17:26
7593
SİYASƏT
A- A+

Azay Quliyev “Hərbi vəziyyət haqqında” qanunla bağlı təklif verdi

""Hərbi vəziyyət haqqında” qanun layihəsinin maddəsində göstərilib ki, hərbi vəziyyət Konstitusiyaya uğun olaraq Azərbaycan ərazisində, ayrı-ayrı yerlərində tətbiq edilir. Bu qanun layihəsinə "hərbi” sözündən sonra "informasiya-yayım normaları” ifadəsini də əlavə etməliyik. Çünki digər maddələrdə informasiyalarla bağlı xüsusi maddələr var”.

Bunu Milli Məclisin iclasında deputat Azay Quliyev deyib. O bildirib:

"Növbəti təklifim maddə 10.1.20 ilə bağlıdır. Burada qeyd olunur ki, şəxslərin xüsusi icazə vərəqələrini ya da şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlərin yoxlanılması məqsədi ilə onların şəxsi əşyalarına, nəqliyyat vasitələrinə baxış keçirilə bilər, onları saxlamaq olar. Söhbət bundan gedir ki, həmin şəxslər kimlərdir? Biz bura şübhəli şəxslərin və nəqliyyat vasitələrinin tutulub saxlanılması əlavə edə bilərik”.

Azay Quliyev bildirib ki, qanun layihəsində QHT-lərin, ictimai birliklərin, siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutan müddəaların olması əsaslıdır.