adalet.az header logo
  • Bakı 18°C

"YADA DÜŞDÜ"

ƏBÜLFƏT MƏDƏTOĞLU
47246 | 2017-02-14 17:23

Ədəbi-bədiinostalji jurnal olan "Yada düşdü" 2011-ci ildən işıq üzü görür. Artıq5 yaşını arxada qoymuş jurnal bugünə qədər oxucu qapısını böyük ürəklə döyür.Çünki onun bizlərə təqdim etdiyi demək olar ki, əksər yazıları əlimizdən, xəyalımızdantutub bizi uzaqlara aparır. Nostalji duyğuların qoynunda dünənimizlə baş-başaqalırıq. Tanıdığımız, tanımadığımız insanların həyatından xəbər tuturuq. Bax,bu mənada "Yada düşdü" sözün dəyərini, bilən, sözə önəm verən, sözləyaşayan və yaşamış hər kəsi yadına salır, xatırlayır. Təbii ki, yada düşmək,xatırlanmaq yaşamaq və yaşatmaq deməkdir. Bax, bu mənada yeri gəlmişkənvurğulayım ki, müqəddəs bir missiyanı yerinə yetirən, yəni yada salıb yaşadan"Yada düşdü" mütləq özü də yada düşəcək, özü də yaşayacaq. Buna görədə zaman gələcək ki, jurnalın təsisçisi və yaradıcı kollektivi, xüsusilə Nəzakətxanım hər kəs tərəfindən ehtirama layiq görüləcək.

Yenicə işıq üzügörmüş "Yada düşdü"nün növbəti sayı həmişə olduğu kimi yenə təsisçinin,yəni Nəzakət Məmmədlinin ürək pıçıltılarıyla, duyğulu misralarıyla oxucu üzünəaçılır. Bu dəfə də Nəzakət xanım zaman-zaman sinəmizdə közərən Dərbənd, Zəngəzur,Göyçə, Qarabağ dərdimizə bizləri kökləyir, yaramızın qabığını qoparır. Və həzinpıçıltıyla deyir:

Deyirlər hər dərdəməlhəm zamandır,

Bəs zaman dərdləriniyə azaltmır?

Niyə dərd üstünədərdlər qalanır,

Zamanın gücümü dərdlərəçatmır?

Məncə busualların özü əslində bizim hər birimizin hər an içimizdə göyərməli, içimizikökləməli və o dərdin dərmanını axtarmağa səsləməlidir. Amma çox təəssüf ki, biz hələ LAZIMı gözləyirik!

Bəli,jurnalın bu sayında Zülfüqar Şahsevənliözünün "Nur heykəli" publisist araşdırması ilə Şeyx Möhsün Həkimzadəninhəyat yolu barəsində ətraflı məlumat verir. Və vurğulayır ki, Şeyxüslamlıqinstitutu təsis edilən 1823-cü ildən üzü bəri bütün şeyxülislamların keçdiyiyola bələd olan Şeyxülislam Möhsün Həkimzadəson dərəcə işıqlı, nurlu, həyatsevər, millətsevər, yurdsevər bir aydınolubdu. Onun keçdiyi yol bir işıq yoludu, bir nur yoludu. Etiraf edim ki, mənZülfüqar Şahsevənlinin araşdırdığı bu həyatyolu barəsində çox az bilgiyə malikidim. Məhz bu yazı ilə demək olar ki, sözün həqiqi mənasında "Nur heykəli"ilə üz-üzə qaldım. Cavad Heyətlə bağlı dəyərli nasirimiz Şəfəq Nasirin, Azərbaycanın ən dəyərli ziyalılarından olan Firudin bəyKöçərlinin və Badisəba xanımın, yəni əslində Səba xanımın həyat yolu və fəaliyyətiilə bağlı yazıçı-publisist Şəmistan Nəzirlinin "Gürcü seminaristləri iləgörüş" məqaləsi, həmçinin ədəbiyyatımızda öz yeri, öz sözü, öz bütövlüyüolan söz adamları "Unudulmaz insanlar", yəni Mirzə İbrahimov, RəsulRza, Bəxtiyar Vahabzadə barəsində Vaqif Yusiflinin məqalələri oxucular üçün əslhədiyyədir. Nəzakət xanımın "Unutmadığımız, unuda bilmədiyimiz şair Alim Məhərrəmli"yazısı, həmçinin Salatın Əhmədlinin əvvəli jurnalının ötən sayında işıq üzügörmüş "Əl-Məğri-Mərakeş krallığı" səyahət-xatirə məqaləsinin ardı dajurnalın bu sayında diqqətçəkən yazılar sırasındadı. Mərhum şairimiz İlyasTapdıqa "Vida sözü", Oqtay Rzanın, Zakir Ağdamlının, Ülkərin, İltimasSəmiminin şeirləri də poeziyasevərlərin yəqin ki, ürəyincə olacaq. Buradaxüsusi vurğulamaq istəyirəm ki, nasir-şair Qəşəm İsabəylinin "Bizi ağ günəçıxarmayan-şeir" məqaləsi məni həqiqətən ötən illərə qaytardı- kimləri vənələri xatırladım.

Ümumiyyətlə,jurnalın bu sayındakı bütün yazılar bir-birindən maraqlı və bir-birindənoxunaqlıdı. İstər Seyfəddin Dağlının 95 illiyi ilə bağlı "Bahar oldu"məqaləsi, istər Marifə Hacıyevanın "Xeyirxahlıq dədələrimizdən qalıb"adlı məqaləsi, istərsə də digər məqalələr, təqdimatlar, uşaq dünyası oxucularüçün mütləq maraqlı olacaq. Hələ "İşıq saçan sözlər"in özündəki mənalar,fikir tutumu özü-özlüyündə bizlərə nələr bəxş edəcək, bu barədə düşünməyioxucuların ixtiyarına buraxıram. Və demək istəyirəm ki, "Yadadüşdü"nün bu sayını oxumaq hər bir oxucunun yaddaşında mütləq bir işıqyandıracaq, xatirəsini közərdəcək və onu xəyalların qanadında ötən illərəaparacaq. Kimsə bu dediklərim, yazdıqlarımla qarşılaşmaq istəyirsə, onda mütləq"Yada düşdü"nü oxusun.



TƏQVİM / ARXİV