adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

İlk Sevgililər günüm

13170 | 2017-02-14 22:54

Həyatımın elə bir nöqtəsinə gəlmişdim ki, ətrafımda kimsə qalmamışdı.Boşluq qollarını bərk-bərk sıxıb məni buraxmırdı. Günlər monoton axarlagedirdi. Uzun, boş çölü xatırladırdı.

Qəfil çərxi-fələyin üzü döndü. Yayın cırhacırında bir qızla tanışoldum. Yumru eynəkli, qara saçlı qız. Bu qar bəyazlığında donu geyinmiş qızgöydən enmişdi? Ya sehirli bir çubuq onu qarşıma çıxarmışdı?

Utancaqdı, ağzına su alıb oturmuşdu. Gözləri tutqun, buludlu idi.Onun əllərinə ilk toxunuşumu xatırlayıram. Yapon bəstəkar Yirumanın musiqisibizi yaxınlaşdırmışdı. Rəqs etdik, əlləri əllərimin içində titrəyirdi. Saçlarıgözlərinə yapışırdı.

Bu qız günəş kimi doğmuşdu. Əlinə fırça alıb darıxıdırıcı günlərimirənglərlə boyamışdı. İsti yay günlərimiz birdən-birə çox maraqlı keçirdi.İkimiz də bir-birimizi tamamlayırdıq. İkimizin də ortaq cəhətləri çox idi:eynək, klassik musiqi, retro filmlər, kitablar, gözlərimizin eyni rəng olmağı,zövqlərimiz, ilk qar və ilaxır... Dəniz, qumlu sahillər, filmlər...

Mən heç inanmırdım ki, bir gün bu sehirli qızı sevəcəm. Sevməyiyadırğadığım günlərdə gəlmişdi həyatıma. Gəlişi ilə şeir yazmışdı ömrümünkağızına...

Bir gün dedi ki, gedək tanımadığımız bir kəndə, orda meşədə çadırquraq, ocaq quraq. Dostlarla bir yerdə, qrup şəklində yollandıq kimsəsiz yerlərə.Meşədə azdıq, ac qaldıq, üşüdük, islandıq...Unudulmaz günlər yaşadıq. Yaşadığımız günlər xatirələrimizin arxivindəyerini tutdu. Bəzən o günlərdən danışıb uğunub gedirik.

Günlərin bir günü ondan ayrılmaq istədim. Sehirli qız razılaşmadı,anlamadı ki, bu yersiz ayrılıq istəyi məndə hardan çıxdı. Bir neçə gündanışmadıq, səssiz günlər ötüb keçdi. Dözə bilmədim, zəng edib üzr istədim,barışdıq. Sonra dəfələrlə ondan ayrılmaq istədim, ancaq bizim biz olmağımızıistəyən qüvvə buna əngəl oldu.

Bərk içmişdim, sehirli qız yadıma düşdü. Biz ki, artıq sevgili idik. Nədənsəhıçqıraraq ağladım. Gözyaşlarım yanaqlarımdan sel kimi axırdı. Ürəyimin səsipıçıldayırdı ki, səni sevirəm, sehirli qız.

Bir-birimizi sevən gündən həyat daha da gözəlləşdi, insanları daha dasevməyə başladıq. İşgüzar olduğumuzdan həftəsonları görüşməyə vaxt tapırıq.Teatra gedirik, tamaşalara baxırıq. Bir yerdə kitab oxuyuruq.

Bu gün isə həyatımda yaşadığım ilk sevgililər günüdür. Bu özəl günühəmişə tək keçirmişəm. Bu gün isə hər şey fəqlidir. Əlbəttə ki, sevginin günüolmaz. Sevgi bəşəri olmalı, insan öz içində sevgi yetişdirməli, bunuinsanlara paylamalıdır.


TƏQVİM / ARXİV