adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Fevral 2017 17:13
4217
HADİSƏ
A- A+

Bakıda faciə: Damı qardan təmizləyən şəxs yıxılaraq ölüb

Bakıda dam örtüyünü qardan təmizləyərkən yıxılan şəxs ölüb.

Adalet.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, fevralın 6-da Zabrat qəsəbəsində "Parnik” kimi tanınan ərazidə yerləşən evlərin birində yaşayan, 1949-cu il təvəllüdlü Quliyev Haqverdi Hüseyn oğlu evin dam örtüyünün üzərinə çıxaraq təmizlik işi aparmaq istəyib. Onun ayağı sürüşərək yerə yıxılıb. H.Quliyev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirilən H.Quliyev bu gün dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.