“Qalatasaray”ın yeni baş məşqçisi məlum olub
Türkiyənin "Qalatasaray” futbol komandasının yeni baş məşqçisinin adı məlum olub.
Adalet.az-ın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, "Qalatasaray”ın Super Liqanın son turunda öz meydanında "Kayserispor”a uduzmasından sonra klub rəhbərliyi hollandiyalı baş məşqçi Yan Olde Riekerinkin vəzifədən uzaqlaşdırılması barədə qərar qəbul edib.
Qərardan dərhal sonra yeni məşqçi axtarışına başlayan rəhbərlik "Karabükspor”un xorvatiyalı baş məşqçisi İqor Tudorun namizədliyi üzərində dayanıb. İ. Tudorun meneceri ilə aparılan danışıqlar zamanı razılıq əldə edilib. "Qalatasaray”ın İ. Tudor ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, hələlik klub rəhbərliyi baş məşqçi dəyişikliyi barədə rəsmi açıqlama verməyib.
Digər Xəbərlər
20 Aprel 2024 10:00
"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı
19 Aprel 2024 18:19FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00