adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

AĞSAQQALA YUMRUQ ATAN GƏNC

11628 | 2017-02-14 15:44

Həyatın dərinliklərində bir işıq axtarmaqla keçən ömür insana yaradıcılıq bəxş edir. Emosiyalarını səssiz otaqda klavişləri döyəcləməklə köçürürsən. Hədəfin cəmiyyətdən ibarətdir. İnsanları qınamaqdan yorulmursan. Bəzən özünün də hobbinə çevrilmiş səhv addımlarını boş vərəqə yazmaqdan usanmırsan. Böyümək Tanrının bizə verdiyi cəzadır. İçkiyə, siqaretə qurşananlar 100 il ömür yaşasalar belə narazı qalırlar. Qəribə təzahürlər dolaşır beynimdə. İcitmaiyyətdə insanlar mənim eyforiyama tamaşa edirlər. Bəzən sadəcə qəribə geyiminə və saç düzümünə rişxəndlə tamaşa edən adamı elə oradaca boğub öldürmək keçir içindən. Ancaq bunu edə bilmirsən. 

Avtobusa içkili halda bir gənc daxil olur. Damağındakı siqareti atmağı unudub. Bir ağsaqqal həmin gəncə qəzəblə toxunub siqareti bayıra tullamağını tələb edir. Fikirli gənc gec də osla ayılır. Həmin an avtobusun içərisində əyləşən sərnişinlər qəzəblə ona tamaşa edirdilər. Gənc isə hıçqıra-hıçqıra bir küncdə əyləşib yola baxır. Onun heç kim vecinə deyil. Nifrət dolu baxışlar bu gəncə zərrə qədər də toxunmur. Öz özünə danışmağa başlayır. Həmin an onun yanında əyləşən ağsaqqal söz azadlığının düşməninə çevrilir:

-Ayə a kişi, öz özünə niyə danışırsan?

Gənc oğlan susur. 30 nəfərə yaxın sərnişin izləyicisi isə maraqla raundun bitməsini gözləyirlər. Sanki dava olmağını istəyirlərmiş kimi. Avtobus tərpənməyə başlayır. Yol boyu qıcıq yaradan baxışlar bu gəncin başının üstünü qara buludlar kimi əhatəyə alıb. Lakin o iddialıdır və kor cəmiyyətin iyrənc nəzarətinə qalib gəlmək iqtidarındadır. Ağsaqqal isə fasilələrlə onu narahat edir. Sataşır. İçkili gənc halsızlığından istifadə edən ağsaqqalın davamlı dürtmələrinə və kəsici sözlərinə dayana bilməyib nəhayət ona hücum edir. Sürücü təlaşından avtobusu saxlamağa məcbur olur. İndi içəridə millət bir birinə girib. Bəziləri kənardan dayanıb tamaşa etməyi üstün tuturlar. Ağsaqqalın burnu qanamışdı. Axı bu kimə lazım idi. Məyər yaşlı nəsil gənclərə bu qədərmi nifrət edirlər? Onları tərbiyə etməkdənsə itici davranışları ilə özlərini hörmətdən salırlar. Çarə bu deyil.

Növbəti gün səhər işə gedirdim. Metronun tunelində insanların yeyin addımlarını izləyirdim. İşə tələsməsəm də özümdən asılı olmadan biixtiyarı şəkildə addımların tempini tutmağa çalışırdım. Həmin anda ayaq üstə durmaqda çətinlik çəkən orta yaşlarında bir bomj arxamca məni izləyirdi. Mən insanları izlədiyim kimi. Sürətini mənim sürətimlə tarazlamışdı. Bu isanın öz özünə şikayət edərcəsinə danışmağı diqətimi cəlb etməyə bilməzdi. Ona sarı döndüyümü görüb artıq müraciətini mənə ünvanladı. Şikayəti mədəsi ilə bağlı idi. Deyəsən sonuncu dəfə qəbul etdiyi qida mədəsinə möhkəm sancı verirdi.

-Bilmirəm necə edim, istəyirəm qusum, bəlkə rahatlayaram.

Onun söhbətindən qaçmağa çalışırdım. Ancaq danışmağa davam edirdi:

-Dünəndən bəri bərk ağrı hiss edirəm. Gecə də yata bilməmişəme.

Sonunda ona cavab verməliydim. Bəlkə onda uzaqlaşar.

-Yəqin ki zəhərlənmisən, yaxşısı budur yediyini qaytar çölə onda əziyyət çəkməyəsən.

Elə bunu deyib sürətimi daha da artırdım. Tüfeyli həyat keçirdiyi heç şübhəsiz hiss olunan bu insanın məzhəbi sonunda maddi imkansızlığa gətirəcəyini də başa düşmək çətin deyildi. Lakin yol boyu həmin şəxsi düşünürdüm. Cəmiyyətin sındırdığı insalardan biridir. Heç şübhəsiz ki, həyatda yaşamaq uğrunda mübarizə aparanlardandır. .

Rüfət Soltan


TƏQVİM / ARXİV