adalet.az header logo
  • Bakı 18°C
14 Fevral 2017 15:54
6706
İDMAN
A- A+

Həmid Altıntop bundesliqanın ən yaxşısı seçildi

Almaniya bundesliqasında 20-ci turun ən yaxşı futbolçusu müəyyənləşib.

Adalet.az-ın məlumatına görə, bundesliqasının rəsmi "Tvitter" səhifəsinin azarkeş arasında keçirdiyi sorğuya əsasən, "Darmştadt"ın futbolçusu Həmid Altıntop 20-ci turun ən yaxşı oyunçusu seçilib. 38 faiz səs toplayan 34 yaşlı yarımmüdafiəçi səsvermədə Çiçarito, Leon Qoretzja vvə Nikolay Mülleri geridə qoyub.

Qeyd edək ki, H.Altıntop 20-ci turda Dortmund "Borussiya"sına 2:1 hesabı ilə qalib gəldikləri oyunda 90 dəqiqə meydanda olub.

Xatırladaq ki, bu qış "Qalatasaray" H.Altıntopla müqaviləni ləğv edib. Bundan sonra o, "Darmştadt"a keçib.