adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Fevral 2017 22:00
15098
ƏDƏBİYYAT
A- A+

Xalid Hüseynin əsəri İrəvan Teatrında

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında yeni tamaşanın məşqləri gedir.

Dünya şöhrətli yazıçı Xalid Hüseyninin "Min möhtəşəm günəş"romanını əsasında eyni adlı tamaşanı səhnələşdirən teatrın rejissoru Elvin Mirzəyevdir.

Səhnə əsərində teatrın aktyorları əməkdar artistlər Vaqif Kərimov,Rəşid Səməndər,aktyorlar Nigar Mirzəyeva,Məryəm Qələndərova,Emin Sevdimalıyev,Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Əhliman Ərşadlı,Elçin Hacıyev və digərləri rol almışdır.Tamaşanın premyerası aprel ayında gerçəkləşəcəkdir.