adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Fevral 2017 13:27
6216
MƏMLƏKƏT
A- A+

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edir

Fevralın 13-dən 17-dək Tbilisi şəhərində (Gürcüstan) strateji liderlik proqramı kursu, fevralın 13-dən 24-dək Haaqa şəhərində (Niderland Krallığı) mülki-hərbi əməkdaşlıq üzrə qərargah zabiti kursu və Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) dil testi üzrə seminar keçirilir.

Adalet.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.