adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Fevral 2017 13:14
7368
DÜNYA
A- A+

Altayda qəzaya uğrayan helikopterin axtarışlarının ilk fotoları yayıldı

Teletsk gölünə düşən helikopterin axtarışlarının ilk fotolarını "Life” əldə edib.

Adalet.az xəbər verir ki, fotolarda gölün bəzi hissələrinin buzla örtülü olduğu görünür.
Xilasedicilər doldurma qayıqlardan tutmuş helikopterlərə qədər bütün texnikadan istifadə edirlər.

Xatırladaq ki, "Robinson R66” helikopteri Altay Respublikasında Teletsk gölünə düşüb. Helikopterin qalıqları 200 m dərinlikdə ola bilər. Qəza zamanı göyərtədə beş nəfər olub, xilasedicilər onları axtarır. Axtarış zonasında tapılan qadın meyitinin kimliyi müəyyən edilməyib.