adalet.az header logo
  • Bakı 18°C
14 Fevral 2017 13:10
14994
İQTİSADİYYAT
A- A+

SOFAZ-ın aktivləri azalıb

Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri 2016-cı ilin əvvəlinə (33 mlrd. 574,1 mln. ABŞ dolları) nisbətən 1,27% azalaraq 2017-ci il yanvarın 1-nə 33 mlrd. 147 mln. dollara bərabər olub.

Adalet.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.

Qeyd olunub ki, gəlirlərin xərcləri üstələməsinə baxmayaraq, Fondun aktivlərinin azalmasının səbəbi avro, funt sterlinq, türk lirəsi və Çin yuanı kimi valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi amili olub.