adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Fevral 2017 10:40
6503
SİYASƏT
A- A+

ABŞ-ın yeni maliyyə naziri vəzifəsi təsdiqləndi

ABŞ Senatı bazar ertəsi Stiven Mnuçini ölkənin maliyyə naziri vəzifəsinə təsdiq edib.

Adalet.az RİA Novosti-yə istinadən xəbər verir ki, səsvermənin gedişatında Mnuçinin namizədliyinin lehinə 53, əleyhinə isə 47 senator səs verib.

Donald Tramp səlahiyyətlərinin icrasına başlamazdan öncə Mnuçinin Amerikanın ən böyük korporasiyalarından biri olan "Goldman Sachs”da, eləcə də öz seçki kampaniyasının rəhbəri kimi böyük təcrübəsini vurğulayırdı.

Bundan başqa, Mnuçin "Dune Capital Management”, "OneWest Bank Group” kimi şirkətlər, eləcə də "Avatar”, "Amerikan snayperi”, "X insanlar” filmlərinə prodüserlik edən "RatPac-Dune Entertainment” şirkətinin təsisçisidir.