adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Fevral 2017 10:30
5759
SİYASƏT
A- A+

Trampın Milli təhlükəsizlik üzrə müşaviri istefa verdi

ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn istefa verib. O, rusiyalı səfir Sergey Kislyak ilə dekabrın sonunda əlaqələrə dair tam informasiya vermədiyini etiraf edib və Donald Trampdan üzr istəyib.

Adalet.az BBC-yə istinadən xəbər verir ki, Flinni general Cozef Kelloq əvəz edəcək.

İstefa müraciətində Flinn Trampın inauqurasiyasından öncə, o sürətlə inkişaf edən hadisələrə görə, ehtiyatsızlıqdan vitse-prezidentə və digərlərinə Rusiya səfiri ilə telefon danışıqlarına dair tam məlumat vermədiyini bildirib.

Flinn Rusiya səfiri ilə Vaşinqtonda dekabrda danışıb. İlkin olaraq general danışıqların mövzusunun sanksiyalar olduğunu təkzib edirdi, daha sonra bunu vitse-prezident Maykl Pens bəyan edib. Bir müddət sonra Flinn Ağ Evə danışıqlar zamanı sanksiyaların da müzakirəsinin mümkünlüyünü bildirib.

Milli təhlükəsizlik üzrə müşavir vəzifəsini general Cozef Kit Kelloq yerinə yetirəcək, o daha öncə ABŞ Milli Təhlükəsizlik üzrə Şuranın aparatına rəhbərlik edirdi. O, orduda 30 il xidmət edib, Vyetnam, Kamboca, Panama və Fars körfəzində fəaliyyət göstərib.