adalet.az header logo
  • Bakı 18°C
14 Fevral 2017 10:16
3759
HADİSƏ
A- A+

Bakı-Quba yolunda zəncirvarı qəza: Onlarla avtomobil toqquşub

Bakı-Quba magistral yolunda ən azı 10 avtomobilin iştirakı ilə iki zəncirvarı qəza baş verib.

Adalet.az Report-a istinadən xəbər verir ki, "Mercedes”, KİA, "VAZ-2107” və "Opel” markalı avtomobillərin iştirakı ilə qeydə alınan qəzaların birində 4, digərində 5 nəqliyyat vasitəsi toqquşub.

Hadisələr nəticəsində ölən və yaralanan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə YPX əməkdaşları cəlb olunub.