adalet.az header logo
  • Bakı 22°C
13 Fevral 2017 21:51
8659
MARAQLI
A- A+

22 ildir kanalizasiyada yaşayırlar

Kolumbiyanın Medelin şəhərində maraqlı hadisə baş verib.

Adalet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Mariya Qarsiya və Migel Restrepo adlı cütlük 22 ildir şəhər kanalizasiyasında yaşayır.

Buna səbəb onların bir vaxtlar narkotik aludəçisi olması və bu səbəbdən, nəinki, mülklərini, hətta, dostlarını və qohumlarını da itirmələri olub.

Cütlük onlara maliyyə yardımı edəcək birilərini tapmayınca, kanalizasiya borusunu kiçik "ev”ə çevirməyə qərar verib.

Burada onların kiçik mətbəxi, istilik sistemi və elektrik enerjisi var. Mariya və Migellə yanaşı, "ev”də Bləki adlı it də yaşayır.

Başqalarına qəribə gələn həmin məkan cütlük üçün çox rahatdır. Onlar orada məmnun olduqlarını bildiriblər.