adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Fevral 2017 18:19
15317
İQTİSADİYYAT
A- A+

Bakı-Tiflis-Qars dəmir yolu bu il fəaliyyətə başlayacaq

"Azərbaycanla Gürcüstan arasında əlaqələr dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanıb”.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

O bildirib ki, görüşdə strateji tərəfdaşlığın inkişafı yolları müzakirə olunub: "Bakı-Tiflis-Qars dəmir yolu xətti bu il fəaliyyətə başlayacaq. Bu layihə hər 3 ölkən inkişafına təkan verəcək".