adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Fevral 2017 16:54
20699
ELM VƏ TƏHSİL
A- A+

UNEC xarici universitetlərin təcrübəsini öyrənməyə davam edir - FOTO

UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində Qış məktəbinin açılışı olub.

Universitetdən Adalet.az-a verilən məlumata görə, tədbir iştirakçılarına UNEC-dəki yeniliklər haqda məlumat verən departament direktoru Rasim Şərifov tədrisin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin elmi potensialının, tədris bacarıqlarının artırılması, bu sahədə xarici təcrübənin öyrənilməsi universitetin prioritetləri sırasında olduğunu bildirib.

Bu məqsədlə Quba Tədris, İdman və İstirahət Kompleksində bundan əvvəl 132 müəllimin iştirakı ilə keçirilən təlimlərin, prosesdə xarici professorların iştirakının əhəmiyyəti, müəllimlərin nüfuzlu universitetlərə ezam olunmasının mahiyyətindən danışıb.

Qış məktəbinin təşkili UNEC-in professor-müəllim heyətinin müasir tədris bacarıqlarının təkmilləşdirilməsinə yönəlib deyən mərkəz direktoru Raqif Qasımov 120 müəllimin qatıldığı təlimlər haqqında məlumat verib. Qeyd edib ki, məktəbdə müasir kurikulum yaradılması, seminar və mühazirə dərslərinin strukturunun idarəedilməsi vasitələrinin tətbiqi həyata keçiriləcək və müasir İKT formaları olan "ePortfolios” və "Snagit”in istifadəsi, müəllimlərin liderlik və menecment bacarıqlarının artırılması, biliyin qiymətləndiirlməsi metodlarının təkmilləşdirilməsi, auditoriyanın interaktiv metodlarla idarəedilməsi mövzularında təlimlər keçiriləcək.

UNEC-də reallaşdırılan layihələri, eyni zamanda Qış məktəbini dəstəkləyən Paris-Sorbon Abu-Dabi Universiteti rektorunun müşaviri İmran Muxtarov, professorlar-Rida Ballaik Hourani və Litz David Riçard müəllimlərin müasir tədris bacarıqlarının təkmilləşdirilməsi, onların liderlik və menecment bacarıqlarının, auditoriyanın interaktiv metodlarla idarəedilməsi baxımından keçirilən təlimlərin faydalı olacağını bildiriblər.

Açılışdan sonra ilk təlimlərə start verilib. Təlimlər dörd gün davam edəcək. Sonda iştirakçılara sertifikatlar veriləcək. Sertifikatların Fransa səfirliyində təqdim edilməsi nəzərdə tutulub.

UNEC-in qış məktəbi çərçivəsində dekan və kafedra müəllimlərindən ibarət nümayəndə heyəti Türkiyənin nüfuzlu Sakarya, Süleyman Dəmirəl və Uludağ universitetlərinə də ezam olunublar. Məqsəd müəllimlərin elmi potensialının artırılması, xarici universitetlərin təcrübəsinin öyrənilməsidir.

Dörd gün davam edən səfərdə UNEC-in nümayəndə heyəti İqtisad Universitetinin prioritet istiqamətləri üzrə yeni təcrübələrin tətbiqi məqsədi ilə müxtəlif araşdırmalar aparıblar. Süleyman Dəmirəl Universitetinə (SDU) ezam edilən qrup fakültələrin idarəetmə strukturu, fakültə katibliyi, distant təhsil sistemi ilə maraqlanıb, texnoparkla tanış olublar. Avropa universitetləri arasında ilk üçlükdə yer alan Süleyman Dəmirəl Universitetinin kitabxanasının fəaliyyəti ilə tanış olub, təcrübələrini öyrəniblər. Kitabxanaya UNEC-in nəşrləri hədiyyə edilib. Universitetin rektoru ilə görüşdə UNEC ilə SDU arasında akademik iş birliyinin genişləndirilməsinə göstərdikləri xidmətə görə qrup iştirakçıları sertifikatla təltif ediliblər.

Səfər çərçivəsində UNEC-in nümayəndə heyəti İslamköydə Süleyman Dəmirəlin məzarını ziyarət edib, ev muzeyində olublar.

Sakarya Universitetində keçirilən görüşlərdə meqafakültələrin iderəedilməsi istiqamətində müzakirələr aparılıb. Universitetin rektorla ilə görüşdə tələbə-müəllim mübadisəlinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tələbə təşkilatlarının idarəetmə sistemində pedaqoji heyətin rolu, ictimai fəal tələbələrin stimullaşdırılması metodları öyrənilib. Davamlı tədris mərkəzinin və texnoparkların fəaliyyət istiqamətləri ilə tanış olaraq, startapların idarəedilməsində yeni yanaşmalar müzakirə edilib. Xüsusi olaraq iki universitet arasında telekonfransların keçirilməsinin vacibliyi vurğulanıb. Görüşlərdə Sakarya Universitetinin İşlətmə fakültəsi ilə UNEC-in Biznes və menecment fakültəsi arasında birgə dərs vəsaitləri və proqramların yazılması qərarına gəlinib.

Qış məktəbində elektron kitabxananın idarəedilməsi sistemi üzərində tədqiqatlar aparılıb. Distant təhsil mərkəzində mühazirə mətnlərinin səsli versiyalarının dinləyicilərə birbaşa ötürülməsi mexanizmi ilə tanış olunub. Sakarya Universitetinin yeni dərs vəsaitləri ilə tanışlıqdan sonra marketinq ixtisası üzrə birgə dərsliklərin hazırlanması da müzakirə edilib. Türkiyə tərəfi Azərbaycanın marketinq nümunələrinin dərsliklərə daxil edilməsində maraqlı olduqlarını bildiriblər.

Uludağ Universitetinə ezam edilən nümayəndə heyəti universitet rektoru ilə görüşübdə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Tədris planları öyrənilib, laboratoriyalara baxış keçirilib. Uludağ Universiteti ilə UNEC müəllimlərinin birgə elmi məqalə və kitablar hazırlaması barədə ilkin razılaşma əldə eidlib.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.