adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Fevral 2017 17:32
8515
DÜNYA
A- A+

Avropanın ən kasıb ölkələrinin adları bilindi

Avropa Birliyində ən aşağı əmək haqqı Bolqarıstan və Rumıniyadadır.

Adalet.az xəbər verir ki, bu barədə informasiyanı Avropa Statistika Agentliyi yayıb.

Bolqarıstanda ən aşağı əmək haqqı 235 avro, Rumıniyada isə 275 avro olub. AB-də ən aşağı əmək haqqının çox olduğu ölkələr sırasına Lüksemburq, Belçika, Almaniya, İrlandiya və Niderland daxildir. Bu ölkələrdə ən aşağı əmək haqqı 1500-2000 avro arasında dəyişir. 2008-ci illə müqayisədə minimal əmək haqqı Yunanıstandan başqa bütün AB ölkələrində artıb. Avstriya, Danimarka, İtaliya, Kipr, Finlandiya və İsveç kimi ölkələrdə isə, ümumiyyətlə, ən aşağı əmək haqqı anlayışı yoxdur.

AB-də ən çox qidaya pul sərf edən rumınlardır. Rumınlar aylıq gəlirlərinin 28%-ni qidaya xərcləyirlər. İçki və siqaretə daha çox estonlar pul verir. Onlar əmək haqlarının 8,8%-ni buna xərcləyirlər.

Kafe və restorandan istifadəyə gəldikdə isə burada rumınlar ən sonuncu yeri tuturlar. AB-dən ən çox kafe və restorandan ispanlar istifadə edirlər. Onlar əmək haqlarının 15%-ni bu sahəyə xərcləyirlə