adalet.az header logo
  • Bakı 19°C
13 Fevral 2017 17:26
16439
İQTİSADİYYAT
A- A+

Yaxın aylarda neft hasilatı bir qədər də azaldılacaq

Yanvar ayı ilə müqayisədə yaxın aylarda OPEKvə ona üzv olmayan ölkələrneft hasilatınıdaha da azaldacağı gözlənilir.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd Fərəc əl-Mazrui bildirib.

"Müstəqil mənbələrdən alınan hesabatlara istinadən yanvar ayında razılaşmaya yaxşı əməl edilib. Bizyaxın aylarda hasilatın daha da azaldılacağını gözləyirik”, - nazir bildirib.

Qeyd edək ki, Beynəlxalq Energetika Agentliyinin hesabatına görə, yanvar ayında OPEKüzvləri neft hasilatını gündəlik 1 mln. barel azaldaraq öhdəliklərinə 90% əməl edib.