adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Fevral 2017 16:54
8282
MƏDƏNİYYƏT
A- A+

Aktyorlarımız cənub bölgəsinə səfər edəcək

Fevralın 14-də Akademik Milli Dram Teatrının kollektivi "Vəsiyyət” tamaşası ilə cənub bölgəsinə qastrol səfərinə yollanacaq.

Adalet.az xəbər verir ki, yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən tamaşa Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvarda teatrsevərlər üçün nümayiş olunacaq.

İkihissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov (Dövran) və Münəvvər Əliyeva, aktrisa Ləman İmanova (Röya), əməkdar artist Mirzə Ağabəyli və aktyor Rövşən Kərimduxt (Bayram), əməkdar arstistlər Almaz Amanova (Zəhra), Sevinc Əliyeva (Ceyran), aktyorlar Rüstəm Rüstəmov (Pirim), Elçin Əfəndi (Samir), əməkdar artist Kazım Həsənquliyev (Elman), İlahə Həsənova və Fəridə Şahbazova (Delisay) əməkdar artist Aslan Şirin və aktyor Ramin Şıxəliyev (Timur) çıxış edirlər.

Tamaşanı Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edir.

Qeyd edək ki, tamaşa Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulub. Tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.