adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Fevral 2017 16:24
10245
MARAQLI
A- A+

Səfirin qatilinin görüntüsü ilin fotosu seçildi - FOTO

Dünyanın ən nüfuzlu və məşhur fotomüsabiqələrindən olan "World Press Photo"da əsas mükafat türk fotoqraf Burhan Özbiliciyə verilib.

O, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Mövlut Mert Altıntaşı qanlı cinayəti əsnasında çəkmişdi.

B.Özbilicinin fotosu "Təcili xəbərlər" nominasiyasında da qalib sayılıb.

"World Press Photo"nun münsiflər heyətinin üzvü Mari Kalvert deyib: "Bu fotoda Rusiyanın səfirini güllələmiş Mövlut Mert Altıntaş nəsə qışqırır. Onun yanında, yerdə isə səfirin cəsədi vıar. Fotonu qalib saymaq çox çətindi. Lakin sonucda qərara gəldik ki, məhz bu foto dünyanıbaşına almış nifrəti səciyyələndirir. Hər dəfə bu foto ekranda peyda olanda geri çəkilmək istəyirsən. Partladıcı obrazdır və gerçəkdən də hiss etdik ki, bu görüntüdə onu ilin jurnalist fotosu saymağa imkan verən məzmun var".

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı ildekabrın 19-daAnkarada "Rusiya türklərin gözü ilə" sərgisinin açılışında qətlə yetirilib.