adalet.az header logo
  • Bakı 21°C
13 Fevral 2017 16:06
7396
DÜNYA
A- A+

Tramp mayda Roma Papası ilə görüşə bilər

ABŞ prezidenti Donald Tramp "Böyük Yeddiliyin" sammitində iştirak etmək üçün İtaliyaya səfəri zamanı Roma Papası Fransisk ilə görüşə bilər. Bu barədə İtaliyanın nüfuzlu "Corriere dell Sera" qəzeti məlumat verib.

Məlumatda bildirilir ki, Amerikanın "Breitbart news" xəbər portalının Roma bürosunun rəhbəri bəyan edib ki, o bu barədə D.Trampın əsas müşaviri Stiven Bennona yazıb: "ABŞ prezidentinin İtaliyaya səfəri çərçivəsində Roma Papası ilə görüşməsinin də nəzərə alınmasını qeyd etdim. Bennon cavab verdi ki, bu barədə artıq düşünülüb".