adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"GÖY YERƏ ZƏNG ELƏYİR"

ƏBÜLFƏT MƏDƏTOĞLU
44906 | 2017-02-13 14:31

İbrahim Yusifoğlunun yeni kitabı

Bəri başdandeyim ki, İbrahim Yusifoğlu Naxçıvanda, bir az da dəqiq desəm, qədim Şərurdayaşayır və elə burada da yazıb yaradır. Bir-birindən maraqlı kitabların müəllifidir.Amma bu marağın içərisində məni ən çox çəkən İbrahim müəllimin həm də uşaqlarüçün böyük ürəklə, böyük sevgiyə yazdığı söz, sənət nümunələridir. Oxucularaxatırladım ki, mən İbrahim müəllimin kitabları ilə təmasda olanda onun sözü təqdimetmək, sözü oxucuya həzm etdirmək məharəti qarşısında susuram. Çünki İbrahimYusifoğlu təkcə şair yox, həm də pedaqoq kimi sözlə elə rəftar edir, sözü eləcilalayır ki, yaşından asılı olmayaraq hər bir oxucu o sözü, o ifadələriözününküləşdirə bilir.

Bu gün uşaq ədəbiyyatıilə bağlı səslənən fikirlərə cavab olaraq mən bircə onu deyə bilərəm ki,İbrahim Yusifoğlu öz yaradıcılığının böyük bir hissəsini uşaqlara həsr edib.Demək olar ki, onun şeirlərinin hamısının mövzusundan asılı olmayaraq canında,qanında uşaqlara aid olan məqamlar, vurğular, hətta ayrı-ayrı parçalar yeralır. Şeirləri oxuyanda tutaq ki, mövzu təbiətdi, həmin o təbiətə uşaq sevgisi,uşaq baxışı peşəkarcasına ştrixlənir və bu da oxucunun özünün özünə baxışındabir dəyişiklik yaradır, onu öz dünəninə də qaytara bilir.

Mən İbrahimYusifoğlunun bugünlərdə Naxçıvandan mənə göndərdiyi "Göy yerə zəng eləyir"kitabını böyük maraqla oxudum. Tam səmimiyyətimlə vurğulayıram ki, buradakışeirləri təkcə özüm yox, həm də nəvələrim üçün də oxudum və onların təbəssümündənbir oxucu olaraq, bir baba olaraq hiss etdim ki, nəvələrim bu şeirləri yaxşıbir hədiyyə kimi qəbul edirlər. O ki qaldı kitaba... "Göy yerə zəng eləyir"kitabının ön sözünün müəllifi akademik İsa Həbibbəyli vurğulayır ki,"İbrahim Yusifoğlunun uşaq şeirləri maarifçi şeirlərin aparıcı qanadını təşkiledir". Bu başlıqla hörmətli akademikimiz həm də onu vurğulayır ki,İbrahimin uşaq şeirləri müasir mərhələdə uşaq ədəbiyyatının inkişaf etdirilməsinəböyük töhfədir. Eləcə də zəhmət və istedad bu şeirlərin yaranışında öz qətiyyətini,öz keyfiyyətini sərgiləyə bilir. Bu kitabın oxuculara təqdim edilməsində əməyiolan, yəni oxucu ilə İbrahim Yusifoğlu arasında münasibətləri şaxələndirənfilologiya üzrə fəlsəfə doktoru şair Həsənəli Eyvazlı yazır ki, "İbrahimYusifoğlu uşaq şeirlərində sözləri mənalandırmağı bacarır". Bu da o deməkdirki, şair sözün bütün qatlarını vərəqləyə bilir, sözün bütün qatlarını oxucuqarşısında açır. Bu rəngarənglik də uşaqların həm könlünü oxşayır, həm də diqqətiniçəkir. Məsələn:


Babacan, ay baba can,

Nənəmidə tez çağır.

Göydəolan ulduzlar,

Qarolub yerə yağır.


Vəyaxud:


Çayınsahilindədir

Saragilinevləri.

Sudaşıyır güllərə,

Yorulmayırəlləri.

Birmahnı haray kimi,

Dolaşsada elləri.

Saranıqorxutmayır,

Arpaçayın selləri.


Busonuncu şeirdəki sətiraltı təqdimatın arxa planı təbii ki, yaşlı oxuculara məlumdur.Ancaq bunu uşaqlar üçün oxuyanda, onların fikirlərinin şaxələnməsi və maraqdairələri çərçivəsində Saranın, yəni Arpa çayının aşıb-daşıb Saranı alıbaparması ilə bağlı qədim bir mahnının təbliği də reallaşır. Bu artıqövladlarımızın milli-mənəvi dəyərlərə bağlılığına göstərilən xidmətdir. Vəyaxud vətənlə bağlı İbrahim Yusifoğlunun yazdığı:


Nəğmələrinən qədimi, ulusu,

Meyvələrinən şirini, sulusu,

Bulaqlarınayna kimi durusu -

Vətənnəğməsi!


Zənnimcə,bu misralardakı axıcılıq, bu misralardakı söz oyunu, üstəlik, həmin fikirlərinbilavasitə oxşar mənzərə ilə bağlılığı uşaqlar üçün həm maraq dairəsinin genişlənməsi,həm də müqayisə etmək imkanının ortaya qoyulmasıdır. Təbii ki, hər bir uşağınöz dünyagörüşü var. Amma onlara bulaq suyunun, meyvələrin şirinliyini, nəğmələrinqədimliyini məhz bu formada təqdim etmək bilavasitə onların əlindən tutmaqdır,onların könlünə işıq salmaqdır. Düşünürəm ki, İbrahim Yusifoğlu məhz buüsullardan istifadə etməklə yurdun dərdlərini də öz kiçik oxucularınaçatdırması təqdirəlayiqdir. Məsələn:


Üzlərəbaxmağa gözüm utanır,

Təsəlliverməyə sözüm utanır.

Halınayanmağa üzüm utanır,

Namərdlərəlində qalan torpağım,

Xocalımhey, Xocalım...


Özünüzdə fikir versəniz görərsiniz ki, burda da sözün axıcılığı ilə yanaşı, fikirtutumu uşaqlara dərdi təqdim etmək baxımından çox orijinaldı. Çünkibalalarımız, nəvələrimiz bu sözlərin mahiyyətini az-çox bilirlər. Elə o bildiklərisözlərdən də istifadə edib Xocalı dərdini çatdırmaq məhz İbrahim Yusifoğlu kimiqələm ustadlarımızın peşəkarlığıdır, bacarığıdır.

"Göyyerə zəng eləyir" kitabındakı bütün şeirlər, poemalar, həmçinin mənzum pyeslər demək olar ki, mövzu baxımındanbir-birilə bağlıdır, bir-birini tamamlayır. Çünki İbrahim Yusifoğlu bütünkitablarını uşaqlara həsr edib və onun qəhrəmanları da uşaqların dilini,sirrini, təbiətini bilən obrazlardır. İstər müsbət, istər mənfi olmasındanasılı olmayaraq, bütün obrazlar uşaq təfəkkürüylə, uşaq diliylə düşünübdanışır, amma onların bir fərqli cəhəti var ki, müsbət qəhrəmanlar özlərinisevdirir, mənfi qəhrəmanlar isə nifrət qazanırlar. Burada xüsusi vurğulamaqyerinə düşər ki, şairin mənfi qəhrəmanlarıtorpaqlarımızı işğal etmiş düşmənlərimiz və onların prototipləridi.

Bəli,bu gün sizə təqdim etdiyim bu kitab bütün mənalarda övladlarımızın oxuması üçünyaxşı bir mənbədi, yaxşı bir vəsaitdi. Ən azından həm əqlin inkişafı, həm dilinzənginləşməsi baxımından bu kitabda uşaqlarımızın, nəvələrimizin öyrənəcəyi çoxşey var. Bax elə Akifin dəcəlliyiniifadə edən bu məqamdakı kimi.


Çöldə yağışbaşladı,

Üst-başınıyaşladı.

Akif qaçdıeyvana,

Damcılarıdaşladı.


Və yaxud:


Güllərə bax,güllərə,

Gülər baxır güllərə.

Deyir güllər gecədən

Yamancaqorxubdular.

Doyuncaağlayıblar,

Baxın, gözyaşlarını,

Ləçəklərsaxlayıblar.


Bəli, düşünürəm ki, oxucular, xüsusilə övladının, nəvəsinin mənəvidünyasının zənginləşməsini arzulayan hər kəs övladlarına balacalar üçün bukitabı arayıb axtaracaq və onlara nəfis tərtibolunmuş "Göy yerə zəng eləyir"i hədiyyə edəcəklər. Bu hədiyyədə həm balacaların, həm də böyüklərin ürəyincə olacaq.



TƏQVİM / ARXİV