adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Fevral 2017 15:16
7900
MƏDƏNİYYƏT
A- A+

“Muğam televiziya müsabiqəsi”nin seçim turları başa çatır

Fevralın 16-da altıncı "Muğam televiziya müsabiqəsi”nin seçim turları başa çatacaq.

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətindən bildirilib ki, münsiflər heyəti fevralın 13-dən başlayaraq 4 gün ərzində müsabiqəyə Bakı şəhərindən qatılan 170 gəncin ifasını dinləyəcək.

Ümumiyyətlə, builki müsabiqəyə 300-dən çox ifaçı qatılıb. Onlardan 6-sı qonşu İran İslam Respublikasındandır. İsmayıllı, Gəncə, Bərdədə və Ağcabədidə keçirilən seçimlər zamanı 38 ifaçı müsabiqənin II turuna vəsiqə qazanıb.

Altıncı "Muğam televiziya müsabiqəsi”nin martda başlaması gözlənilir.

Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilir.

Müsabiqənin şərtlərinə görə, iştirakçılara münsiflər heyəti tərəfindən verilən ballar toplanır və ən az səs yığmış iştirakçı həmin həftə müsabiqəni tərk edir.

Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması və yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə 2005-ci ildən muğam televiziya müsabiqəsi layihəsini həyata keçirir.