adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Fevral 2017 13:06
7515
MƏDƏNİYYƏT
A- A+

Məşhur caz ifaçısı vəfat etdi

Məşhur amerikalı caz ifaçısı, "Qremmi" mükafatının yeddi qat qalibi Al Cerro vəfat edib.

Adalet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 76 yaşlı CerroLos-Ancelesdə hospitalda dünyasını dəyişib.

A.Cerronun debüt albomu "We Got By” 1975-ci ildə işıq üzü görüb. İlk "Qremmi” mükafatını 1978-ci ildə, "Ən yaxşı solo caz albomu" nominasiyasında qazanıb. 2001-ci ildə onun adı Hollivudun "Məşhurlar Xiyabanı”nda həkk olunub.