adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Fevral 2017 12:29
8712
SİYASƏT
A- A+

Deputatlar bu məsələləri müzakirə edəcək

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası fevralın 14-də keçiriləcək.

Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. O, bildirib ki, iclasın gündəliyinə 6 məsələ daxildir.

"Bunlar Milli Məclisin komitəsinin üzvünün seçilməsi haqqında, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, Meşə Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişiklik, "Hərbi vəziyyət haqqında” və "Məktəbəqədər təhsil haqqında” qanun layihələri II oxunuşda müzakirəyə çıxarılacaq”