ANA SƏHİFƏ / YAZARLAR

Bir tut həyatımı xilas etdi

36355    |   2017-02-13 13:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya kinosuna adını qızıl hərflərlə yazdıran bir çox filmər var. Abbas Kiaorostami, Məcid Məcidi, Əsgər Fərhadi, Mohsen Mahmalbaf, Samirə Mahmalbaf kimi möhtəşəm rejissorlar İran mədəniyyətini, cəmiyyətini filmlərində əks etdirirlər. Sözün həqiqi mənasında onların filmlərinə baxandan sonra uzun müddət özümə gələ bilmirəm.

Abbas Kiarostaminin "Gilasın dadı” filmində intihar etmək istəyən bir adamın hekayəsindən bəhs edilir. Qəhrəman maşını ilə yoldan keçən adamlardan məzarının üstünə torpaq atması üçün dil-ağız edir, üstəlik yaxşı pul da vəd edir. Üç adamla ünsiyyətdə olur, yalnız biri onun təklifini qəbul edir. Təklifi qəbul edən qoca türk kişisi bir gün sübh tezdən tut ağacından özünü asmaq istəməyindən danışır: "Tut ağacına dırmaşdım. Günəş yenicə doğurdu. Tutun qoxusu burnumu deşirdi. Dadına baxdım. Çox xoşuma gəldi. Yeməyə başladım. Bir də gördüm ki, gün parıldayır, quşların cikkiltisi qulaqlarımda cingildəyir. Məktəbə gedən uşaqlar ağacın ətrafında peyda oldu. Onlar da tut istədilər. Ağacı silkələdim. Uşaqlar da yedi. Sonra bir vedrə tut yığıb arvadıma, uşaqlarıma apardım və beləcə intihar etməyi unutdum. Bir tut həyatımı xilas etdi”.

Məcid Məcidi isə iki cüt ayaqqabıdan "Cənnətin uşaqları” kimi möhtəşəm ekran əsəri yaradıb. Ayaqqabılarla İran cəmiyyətini, yoxsulluğu, kişi və qadınların ayrı bir dünyada yaşadıqlarını ustalıqla göstərib. Başqa bir filmində isə kor bir uşağın Allahı axtarmasından danışır. Bu film isə "Cənnətin rəngi”dir. Filmdə gözdən əlil uşağın ustasına dediyi sözlər beynimdə qəfəsdə çırpınan quş kimi var-gəl etmişdi: "Allahı tapana qədər əllərimlə hər yerə toxunacam və tapanda da ürəyim daxil hər şeyi ona danışacam”.

Əsgər Fərhadinin filmləri isə başqa bir rəngdədir. Onun filmlərində obrazlar xəyanətlə, yalanla üz-üzə gəlir. Yəqin "Ayrılıq” filminə çoxunuz baxmısınız. Rejissor İranda insanları iki yerə bölür: kişiyə və qadına. Rejissor qadınla kişinin ayrılmaq fonunda İranın varlı ailəsi ilə kasıb təbəqəsinin çarpışmasından bəhs edir. Heç bir günahı olmayan insanlar bir-birinə qəfil düşmən olurlar. Əslində günah heç kimdədir, günah cəmiyyətin qadağaları və çərçivələridir. Filmdə bir epizod var: Qulluqçu xəstə və yaşlı qocanı soyundurub nəcisli şalvarını təmizləməlidir. Ancaq günahdan çəkinən qadın dini quruma zəng edib məsləhət etdikdən sonra qocanı yuyundurur.

Samirə Mahmalbaf isə ilk filmini 20 yaşında lentə alıb. "Qara taxtalar” filmi ilə Kann kino festivalında mükafat belə qazanıb. Film haqda danışmaq istəmirəm, mütləq izləyin.

Bəzən deyirlər ki, qarmaşıq süjetlər, gözlənilməz sürprizlər olsa, film maraqlı olar. İran kinosu qəfil açılan güllə kimi bizə bu həqiqəti pıçıldadı: "İnsanların öz doğma yerlərində yaşayışını göstərməyi bacarmaq elə əsl sənət nümunəsidir”.




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK