adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Fevral 2017 23:05
5820
İDMAN
A- A+

Azərbaycan İraqla oyundan imtina etdi

AFFA iki ölkənin milli yığmaları arasında yoldaşlıq matçının keçirilməsindən imtina haqda İraq Futbol Assosiasiyasına məlumat verib.

Adalet.az xəbər verir ki, virtualaz.org-un məlumatına görə, əvvəlcə iraqlılar görüşü 18 martda keçirməyi təklif edirdilər. Əvvəlcə onlar Azərbaycan yığmasını Tehrana, harada ki, İraq milli komandası dünya çempionatı-2018-in seçmə oyunları çərçivəsində 23 martda Avstraliya ilə nəzərdə tutulmuş matça hazırlaşırlar, dəvət edirdilər. Ancaq sonra İraq tərəfi Bakıya gəlməyə razı idi və hətta, İraq saytlarının xəbərinə görə, AFFA-dan ilkin razılıq da almışdı. Lakin sonra Azərbaycan milli çempionatdakı sıx qrafikə istinad edərək, bundan imtina etdi: 18-19 martda Azərbaycan premyer-liqasının 23-cü turunun matçları olacaq, 20 martdan isə DÇ-2018-in seçmə oyunları çərçivəsində Almaniya ilə ayın 26-da Bakıda keçiriləcək matça hazırlıq başlayır.

İraq yığması sparinq-ortaq axtarışlarını davam etdirir. Xatırladaq ki, daha əvvəl İran, Livan və Tacikistan da iraqlılarla oyundan imtina edib.

Azərbaycanın yığması isə məlum olduğu kimi, 9 martda Dohada Qətər yığması ilə yoldaşlıq görüşü keçirəcək.