adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
12 Fevral 2017 21:24
9728
KRİMİNAL
A- A+

Mənzildə 50 yaşlı kişi cəsədi tapılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1967-ci il təvəllüdlü Fazil Məhəmməd oğlu Ağayevin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 16:29-da başa çatıb.