adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
12 Fevral 2017 14:37
9713
MƏMLƏKƏT
A- A+

Azərbaycanın generalları at yarışında – VİDEO

Finlandiyadan Azərbaycana qonaq gələn Datse Ştraus deyir ki, Qarabağ atlarını izləməkdən zövq alır: "Bütün həyatımı Qarabağ atlarına sərf etmişəm. Arzularımdan biri də şəxsən buraya gəlib, Qarabağ atlarının rəsmini çəkmək idi”.

Adalet.az APA-ya istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidməti Atçılıq Mərkəzinin yaradılmasının 10 illiyi münasibətilə keçirilən tədbirə qatılan qonaq məhz bu atları izləmək və onların rəsmlərini çəkmək üçün burada olduğunu deyib.

Qarabağ və Diliboz atlarını izləməyə yerli sakinlər də təşrif buyurmuşdu.

Hazırda Qarabağ və Diliboz atları üzərində süvari qruplar arenada tamaşaçılar qarşısında çıxışlara başlayıb. Çıxışlardan dərhal sonra isə Konkur elementləri üzrə yarışlara start verilib.

Daha sonra İslan Poniləri Çövkən komandaları, Konkurçular, Poloçular parad şəklində atlarla manejə daxil olub. Atlar üzərində süvarilərin çıxışları maraqla qarşılanıb.

Çıxışlardan sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev fərqlənmiş idmançıları və hərbi qulluqçuları mükafatlandırıb.

Tədbirdə Atçılıq Mərkəzinin əldə etdiyi uğurlardan danışılıb. Bildirilib ki, Arena Polo üzrə 1-ci Avropa Çempionatında milli komandamızın qazandığı qələbədə sərhədçi idmançıların xüsusi rolu olub.