adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Fevral 2017 12:51
4559
GÜNDƏM
A- A+

Azərbaycan polisindən daha bir nümunəvi addım – FOTO

Bakıda yol polisi əməkdaşları qan veriblər.

Adalet.az criminal.az-a istinadən xəbər verir ki, qanvermə aksiyası Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində baş tutub.

Tədarük olunan qanlar komponentlərə ayrılaraq Mərkəzi Qan Bankının bazasına yerləşdirilcək. Sonra isə irsi qan xəstəliklərindən əziyyət çəkən, o cümlədən müxtəlif qəzalarda və cərrahi əməliyyatlarda qan itirən şəxslərin həyatda qalmasına yardımçı olacaq.