adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Fevral 2017 22:07
7099
İDMAN
A- A+

“Qalatasaray”da ciddi itkilər

"Qalatasaray” Türkiyə superliqasının 20-ci turunda "Kayserispor”la oyuna ciddi itkilərlə çıxacaq.

Adalet.az-ın "Fanatik”ə istinadən yaydığı xəbərə görə, komandanın aparıcı futbolçuları Uesli Sneyder, Ərən Dərdiyok və Lionel Karol zədə səbəbindən sözügedən oyunu buraxacaq.

Digər zədəli futbolçu Səlcuk İnanın da sabahkı qarşılaşmada meydana çıxacağı sual altındadır.