adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Fevral 2017 22:07
11242
MARAQLI
A- A+

Dünyanın ən gözəl ikinci kəndi

Bir zamanlar Polşanın Zalipi kəndində adamın biri bekarçılıqdan evinin tavanına çiçək şəkli çəkir. Aradan xeyli müddət keçir və bir də baxırlar ki, bütün kənd əhli evlərini gül çələnginə döndərib. Məhz həmin kənddə 1948-ci ildən bəri "Rəngli kotec” adlı boyama festivalı keçirilir.

Əslində bu festival əvvəlcə İkinci Dünya Müharibəsindən sonra ağır günlər yaşayan Polşa xalqının psixoloji vəziyyətini düzəltmək üçün keçirilməyə başlanıb. O qaranlıq günlərdən günümüzə qədər gələn bu ənənə sayəsində Zalipi kəndi indi başdan-ayağa çiçəklərə bəzədilmiş xiyabana bənzəyir.

Krakovdan 90 dəqiqəlik uzaq məsafədə yerləşən Zalipi bəlkə də dünyanın ən gözəl ikinci kəndidir. "Niyə birinci yox, məhz ikinci” deyə soruşa bilərsiz. Hər kəsin öz kəndini ən gözəl saydığını düşündüyümüz üçün bu qərara gəldik.