adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

QƏNAƏT

FƏRİDƏ RƏHİMLİ
40606 | 2017-02-10 17:54

Yaşlıların pensiyalarınartması xəbərini necə qarşıladıqlarını müşahidə etmisinizmi? Üzlərində bir azsevinc, ümid qığılcımı işarır... sanki bu xəbər bütün maddi problemlərini həlletmiş olacaq...

"2017-ci il üçünyaşayış minimumu haqqında" qanun layihəsinə əsasən, bu il Azərbaycandayaşa-yış minimumu 155 manat müəyyən edildi. Layihədə yaşayış minimumu əməkqabiliyyətli əhali üçün 12,7 faiz və yaxud 18,5 manat artırılaraq 164,5 manata,pensiyaçılar üçün 13,2 faiz və yaxud 15,2 manat artırılaraq 130,2 manata,uşaqlar üçün isə 16,8 faiz və yaxud 19,6 manat artırılaraq 136,6 manataçatdırılıb.

Yaşayış minimumu 155manatadək artırılır, əhali üçün bu nə deməkdir...

Baş nazirin müavini,Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovməlumat verib ki, 2015-ci ildə komitəyə ayrılmış büdcədən, yaranmış maliyyə çətinliklərinəzərə alınaraq, 5 milyon manat vəsaitə qənaət edilib.

Bəli, qaçqın və məcburiköçkünlərdən 5 milyon qənaət edildi.Amma mən nə qədər düşünüb-daşınsam da, qənaətin yolunu tapa bilmirəm ki,bilmirəm. Bu, sirrini heç cür aça bilmədiyim bir tapmaca olub. Mən yazım, bəlkəsiz mənə kömək edib, aça bilərsiniz! Hətta bunu, həlli çətin məsələ kimi,riyaziyyat dərsliklərinə də salmaq olar. Belə daha real olar, uşaqlar da öz həyatlarındagördükləri məcburi riyazi hesablamanı daha içdən anlayıb həll edə bilərlər.

Nazirimiz əsəbi şəkildə"Qənaət edin, 160 manatı alan kimi bazara qaçmayın, kommunal xərcləriayırıb kənara qoyun, QALANINI xərcləyin (!) desə də, hörmətli nazirimizintapşırığını yerinə yetirməkdə acizəm. 160 manatla - çıraq işığında otursaq,kirli paltarları paltaryuyanda deyil, əllə yusaq, saçımızı fenlə deyil, dəsmallaqurutsaq, xalçanı tozsoranla deyil, süpürgə ilə süpürsək, xəbərləritelevizordan yox, məhəllə qadınlarından duysaq, tez xarab olan ərzaqlarısoyuducuda deyil, balkondan bayıra sallayaraq qışın şaxtasından istifadə etsək...də, yenə də ən azı ayda 30 manat işıq pulu verməliyik. Qızdırıcı üçün üçüncü mərtəbədəocaq qalayası halımız yoxdu. Yaşamımızda qaçılmaz olan çay içmək, gücümüz çatan(pulumuz çatan!) kartof - soğanı bişirmək üçün qazdan istifadə etməyə məcburuq.Çünki nə biz qədim insan ola bilərik, nə də indi mamontlar yaşamır ki, bir dəfəyığılıb ovlayaq, ətini qış çıxanadək istifadə edək. Qaza da azından 20 manat xərclənəcək.Mənzil haqqı, qiymətlər artırılmamışdan əvvəl, otaq sayına 3 manat 10 qəpikdi.Buraya qədər qənaətin alternativ yollarını göstərsəm də, ən mürəkkəb məsələsuya qənaət etməkdir. Duşun ən nazik "gözü"ndən istifadə edərəkyuyunsaq və evdəki bütün təmizliyin sudan asılı olduğunu nəzərə alsaq, bir aya ənaz 20 manat da suya sərf olunacaq. Buraya qədər 73 manat 10 qəpik etdi. 160manatdan bunu çıxaraq, böyüklərin məsləhəti ilə qoyaq kənara. Qaldı 83 manat 90qəpik. Bir ay işə gedib-gəlmək üçün yol pulu - heç yerə dönməsən, düppədüz işəvə evə getsən, bir marşrut istifadə etməklə (mən iki marşrutdan istifadə etməkməcburiyyətindəyəm) 12 manat edir. Bunu da çıxaq, qalır 71 manat 90 qəpik.Aylıq hər gün iki çörək yeyilərsə, 30 manat hesablayaq, bu edər 41 manat 90 qəpik.Biraya bir kilo ət 10 manatdan alsaq, qalır 31 manat 90 qəpik. Bir aya 80 qəpikdən5 kilo kartof, 30 qəpikdən 3 kilo soğan, orta hesabla 1manat 50 qəpikdən 2-3kilo meyvə alsaq, bu da 9 manat 40 qəpik edər. Qaldı 22 manat 50 qəpik. Birlitr günəbaxan, yaxud qarğıdalı yağı (başqasını xəyalınızdan keçirməyin!) təxminən5 manat olarsa, 17 manat 50 qəpik qalır. Bir qabyuyan maye, 2-3 əl-üz sabunu,bir saç şampunu (təbii ki, ucuzundan!), yarım kilo qənd (konfet yox ha, qənaətlazımdı!!!), bir litr süd, yaxud 600 qramlıq qatıq, bir kilo şor, bir kilo şəkərtozu, bir broyler toyuğu... pul bayaqdan qurtarıb ey, unutmuşam. Bir gün üçün,bir həftə üçün deyil ha, bir ay üçündü bu siyahı. Həm də bir nəfər üçün olan ənqənaətcil siyahıdı. Bir ailədə on nəfərsinizə, tay, günah məndən getdi. Gəzməyəson! Kino, teatr, konsert, opera, balet, əyləncə, idman, qonaq getmək, xəstəziyarəti, toy, yas, uşağınızı repetitorla universitetə hazırlatmaq... kimilazımsız xərcləri də yığışdırın. Qənaət lazımdır!!! Dərmanlar! Yox, unutmamışamdərmanları. Onları unutmaqmı olar. Həyatımız əsəbsiz, ürək ağrısız, sancısız,stressiz, tutmalarsız keçmir təbii ki. Amma məncə bu qənaət məsələsi xeyrimizədir.Çünki, dərmanın bir yerinizə xeyri vardısa, digər "tərəflərinizə" dəziyanı vardı. Qara ciyərdə toplanıb, çoxlu fəsadlar törədirdi. İçməyin dərmanı,canınıza da, cibinizə də xeyri var. Bu dərmanı içsəniz də öləcəksiniz, içməsənizdə. Məsləhətim - içməyin, ölün! (Bax, yeməyin, ölün demədim, yeyin, amma qənaətləyeyin! Noolub, bir loxmanı udanda növbəti loxmanı sabah udmağı özünüzdə tərbiyəedin də!). Bir böyük günahdan da qurtarmış olarsınız - intihardı mənşəyi bilinməyəndərmanların qəbulu. Dədə-babadan dərmanmı vardı. "Sancı dərmanı"deyib, qara istiot içərdilər, indi müxtəlif adlarda səslənən "soyuqdəymə"nibelə banka qoymaqla, yaxud kürəkdən qan almaqla həll edərdilər, hər kəs də"top" kimi olardı. Hamilə qadınların işini kənddəki yeganə (unutdumadına nə deyirdilər) yoluna qoyardı. Gül kimi adını da dəyişib xarici dildəmama-ginekoloq qoydular. Baş ağrısa, dəsmal bağlayıb möhkəm sıxın, keçəcək. Yada yatın, nətəər demişdi babalar - başın ağrıyır, yat qurtar, qonşun pisdi, köçqurtar, arvad pisdi, boşa, qurtar!

Bu qənaət məsələsi var ha, vallah, çox əyləncəli məsələdi! Əyləncəliolduğu qədər də sevindiricidi. Çünki, ata-babadan deyiblər ki, "elnən gələndərd toy-bayramdı". Bu qənaət ki, elliklə elan olunub - nazirindən tutmuş,süpürgəçisinə qədər hər kəs qənaət rejiminə keçib (a tövbə, inanıram!!!), deməktoyumuzdu, xəbərimiz yoxdu! (Ə, niyə oynamırsınız?).

Yaxın günlərdə Azərbaycanda şəhərdaxili avtobuslarda və metroda da gedişhaqları 50 faiz artırılaraq 30 qəpiyə çatdırılacağı xəbəri yayıldı. Hə, bax,bunu da xərcimizin üstünə gəlsək, onda toqqanı bərkidin, belinizə tərəf yenideşiklər açın toqqada. Ya da mədə əməliyyatı etdirin - türklər röfle deyir səhvetmirəmsə. Amma bu əməliyyat kütləviedilərsə, Səhiyyə Nazirliyi xərcimizə kömək etməyə borcludu. Çünki, bu, vətənpərvəraddım olacaq - büdcəmizə xeyir gətirəcək. İndiyə qədər israfçılıq elədiyimizyetər. 160 manatla o qədər yeyib-içirik ki, sonra da bədəndə artıq çəkidənşikayət edirik, arıqlamaq üçün yollar fikirləşirik. Artıq çəki də ki,bildiyiniz kimi, hərəkətsizlik, ətalət, pessimizm yaradır. Bu da ruhdüşkünlüyünə və nəhayət intihara gətirib çıxarır. Qənaətin bir yaxşı tərəfi dəbudur ki, ən fiquralı millət olacağıq! İnsan çox yeyəndə də xarici görünüşüpozulur - piylənir. Yeməyəndə də anoreksiya xəstəsi olur. Ən yaxşısı azca yeyək.

P.S. Eşitdim hökumət qənaətrejiminə keçəndən bir neçə nazir villalarını, evlərini, torpaqlarını, xaricdəkifirmalarını, zavodlarını, fabriklərini, restoran-kafelərini,"inomarka" maşınlarını, yaxtalarını, təyyarələrini, helikopterləri,Aydakı torpaqlarını, brilyant, qızıl-ziynət əşyalarını, valyutadəyişmə məntəqələrini, ticarət, iaşə, əyləncə mərkəzlərini,pritonlarını və sair satıb - pula çevirib və qənaətlə xarici ölkələrinbanklarına yığdıqları avroları,dollarları, markaları, funt-sterlinqləri, frankları... da üstünə qoyub, büdcəyəbağışlayıblar.


TƏQVİM / ARXİV