adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Fevral 2017 19:23
16983
İQTİSADİYYAT
A- A+

Dolların sabaha olan məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 13-ə olan USD/AZN məzənnəsini açıqlayıb.

AMB-dən Adalet.az-a verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7301 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin sabit qalması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu günə dolların məzənnəsi isə 1,7301 manat olub.