adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ÖMÜR QIRIQLARI

ƏBÜLFƏT MƏDƏTOĞLU
67635 | 2017-02-10 17:21

Bunu da ozümə yazmışam

Hər bir zamanın sözü və diktəsi var. Mən zamanın sözünü deməyi bacaranlarahəmişə həsəd aparmışam. Çünki zamanın sözü əbədiyaşardı, içdən gələndi, xalqınvə dövlətin özünü ifadəsidi. Bax, bu mənada çox fikirləşəndən sonra özümə görə beləbir qənaətə gəldim ki, indi zamanın sözünü demək həm çox asan, həm də çox çətindi.Asandı ona görə ki, kifayət qədər media (həm yazılı, həm də elektron) və kifayətqədər də sözü dinləyəcək insanlar var. Çətindi ona görə ki, bu media və insanlarindi həm qruplaşıb, həm də dünyanın iqtisadi burulğanında tarazlığını itirib. Heçkimin sözü heç kimin boğazından keçmir. Ona görə də zamanın sözündən daha çox özsözümü deməyə üstünlük verdim.

Bu qənaətə də ona görə gəldim ki, kimsə eşitmək istəməsə, oxumaq istəməsəbelə, ən azından öz çevrəm, öz ətrafım eşidəcək və oxuyacaq. Necə deyərlər, biradamın da eşidib yaddaşına yazdığı söz yaşayan sözdü.

Ən azından həmin adamın ömrü ömrü olacaq o sözün. Və beləliklə, bu gün çiynindəndaş kimi asılmış, ürəyimi dəyirman daşı kimi sıxıb əzən qayğıların, gərginliyiniçərisində bir fikrə istinad edib, dayanıb durmuşam. O da Allahın böyüklüyü, varlığı,bir adının da səbir olmasıdı. Böyüklərdən eşitmişəm ki, səbirli insan gec-tez məqsədinə,məramına yetişir. Görünür elə ona görə də böyük şairimiz Sabir yazır:

Səbrlə halva bişər, ey qora səndən,

Bəsləsən, atlas olar tut yarpağından..

İndi mən də bax həmin o ümidin ətəyindən tutub yaşamağa çalışıram. Basqılara,sıxıntılara, həmlələrə, təzyiqlərə, iqtisadi problemlərə, ürəyimin özəl duyğularınabaxmayaraq, yaşamaq və gözlədiyim nöqtəyə yetişmək istəyirəm. Buna ömür aman verəcək,yoxsa yox, bu tamam başqa mövzüdür. Amma ən gerçəyi, ən vacibi odur ki, istəyimvar. Özü də bütün varlığımla, bütün canımla,qanımla istədiyim o gerçək hansısa bir zirvəni fəth edib ora bayraq sancmaq deyil,nə də dünyanın bir nömrəli kitabına adını yazdırmaq deyil. Bu, sadəcə bir yuvanın qorunması, bir ocağın öz sahibləriniətrafından pərən salmamasıdı. Və bu həm də odur ki, mən qarşıma qoyduğum məqsədnaminə heç kimin haqqını tapdamıram, heç kimin bostanına daş atmıram, heç kimintoyuğuna kiş demirəm və ümumiyyətlə, heç kiminhaqqında gözüm yoxdur. Mənə aid olanı, mənə Allahın verdiyini, mənə dostlarımınbağışladığını və mənə ürəyimin etibar etdiyini istəyirəm və qorumağa çalışıram.Bax, bu məqamda əvvəldə xatırlatdığım mediabolluğu, insan çoxluğu gözümdən düşür. Çünki bunların hər biri ayrı-ayrılıqda, nədə toplum şəkildə haqqı qoruya bilmir haqqı ünvanına çatdırmaq missiyasını yerinəyetirmir.

Onda yenə güc ürəyimə düşür və məcbur oluram ki, ürəyimin ağrısını, ürəyiminyükünü, ürəyimin pıçıltısını misralara çevirim və onları sizə də öz dilimlə çatdırım.Siz də onu necə qəbul edəcəksiz, artıq bu sizin öz işinizdir. Mən burda başqa heçnə deyə bilmərəm. Bax, elə bu şeirdəki kimi:

Duyğuların karvanı

Xəyallara köklənib...

Bu ünvanın sarvanı -

Qayğılanıb, təklənib...


Sığınıb bir qırağa

Ötən günə "ah" çəkir...

Teli gəlmir darağa -

Yaxasın günah çəkir...


Zaman ötüb, bir ürək

Öləziyir şam kimi...

Dizin üstə, ay mələk -

Gəl, ölüm adam kimi!..

***

Allahın insana ən böyük mükafatı zənnimcə, ona duyğulu ürək verməsidi. Eləbir ürək ki, bu ürəklə tək Allaha bəlli olanı bölüşür, onu sirr yeri, ümid yeri,bəzən ağrılarının yuvası kimi ovudur və yaxud da elə ağrıları çəkməyə məcbur edir.Ürək də ki dözür-dözür, o yerə, o məqama qədər ki, artıq dözüm bitir, partlayışbaş verir. Ayağını basdığın mina partlayan kimi. Hayına kimsə çata bilmir, çünkionu özün partladırsan. Partlayışların da sonu hər kəsə məlumdu.

Bax elə mən də ürəyə hər gün ağrılar yükləyirəm... sirlərimi yükləyirəm...düşüncələrimi yükləyirəm... xəyallarımı yükləyirəm... Düşünmürəm ki...

Yenə dayanıbdı üzü qibləyə -

Ölən ümidlərə məzar ürəyim.

Hərdən düşünürəm bunca sitəmə -

Görən nə vaxtadək dözər ürəyim?!


Anları çinləyib günə çevirdim,

Hissimi, duyğumu dinə çevirdim...

Zərrə sevincimi minə çevirdim -

Bununla nə qədər gəzər ürəyim?!


İlahi, əlini sən telimə çək,

Ümid ver - içimdə bir qığılcım ək!

Sıxılıb ovcumda gül ləçəyi tək -

Hərdən öz-özünü əzər ürəyim...

***

Mən tanış olduğum söz adamlarının demək olar ki, təkcə yazılarını yox, onlarıniç dünyasını da oxuyub görməyə çalışıram. Dili və sözü bir-birindən uzaq düşənlərinyazıları məndə adətən xoşagəlməz fikirlər yaradır.

Ona görə də daha çox şəxsən tanımadığım müəllifləri oxumağa çalışıram. Eləbilirəm ki, həmin əsərlər öz müəlliflərikimi danışır mənimlə. Və mən də bu söhbətin ləzzətini canıma hopdururam. Hətta bəzənondan yeri gələndə istifadə də edirəm.

Amma neyləyim ki, cəmiyyətdə yaşayırıqvə bir neçə dili, sifəti, qayəsi olan insanların əsərləri əlimə düşəndə çaşıb qalıram.İlahi, insan nə qədər özündən uzaq düşə bilər? Ümumiyyətlə, bu özündən uzaq düşmənəyə lazımdı ki? Bilmirəm. Hər halda, bu da onların öz qərarları, öz yolları, öz istəkləridi. Adama deyərlər ki, bacardığımvə istədiyim kimi yaşayıram, bundan sənə nə var? Təbii ki, mən bu iradın qarşısındasadəcə susmalı olacam. Çünki danışsaq, onda bir müəllif itirəcəm. Bunu isə istəmirəm.Bax, bu səbəbdən yazı adamları ilə həmişə məsafə saxlamağa çalışıram. İstəmirəmonların içlərini bütünlüklə görüm. Təəssüf ki, bu da hər zaman mümkün olmur. Vəmən bu mümkünsüzlüklərin və mümkün olanlarıniçərisində bir orta nöqtə görürəm. Və istinadı da ora edirəm. Bu da SÖZdü.

Bax elə indi bu yazını oxuduğumuz zaman kəsiyində mənim fikirlərim də sözolaraq sizinlə üz-üzə dayanıb. Siz onu elə yəqin ki, mənim özüm kimi görürsünüz.

Əlimi ürəyimin üstünə qoyub Allah qarşısında, elə sizin də qarşınızda deməkistəyirəm ki, o sözlər elə həqiqətən mənim özümdü və mən heç vaxt dilimin altındaçöp gəzdirməmişəm.

Amma görünür hərdən gəzdirmək lazımdı. Axı, zaman mənim istəklərimlə, mənimarzularımla, mənim xəyallarımla, hətta mənim haqqımla yüzə yüz üst-üstə düşmür.O məni sıxır, vurur, büdrədir və bütün bunların hamısı da ömrümün, ürəyimin ağrılarına,qırıqlarına çevrilir və ömür qırıqlığı yaşayıram. Bunu isə heç kəsə arzu etmirəm.Çünki ömür qırıqlığı hərdən insanı asiliyə də gətirib çıxarır. Asilərin isə sevildiyinivə sona kimi dərk edildiyini tarix az-azhallarda, bəlkə də təkəmseyrək bir şəkildə öz yaddaşında, arxivində saxlayıb. Nəisə...

Hə, deməli, ömür qırıqlığı təkcə özəl, şəxsi faciələrdən, düşüncələrdən başlamır.Bunun həm də ictimai müstəvisi var. O ictimai olan fərdi sıxdıqca, fərdi əzdikcəqırıqlıqlar da yaranır - damla-damla, zərrə-zərrə. Və beləcə boy artımı verir.

Mən yaşadıqlarımın günahkarlarınıtanıyıram, kimliyini bilirəm. Amma neyləyim ki, güclərinə gücüm, maddi imkanlarınaimkanım, özlərinə də sözüm çatmır. Bircə sözüm çatan, gözüm görən Sənsən, bir dəhəmişə başımın üstündə, ürəyimdə olan Allah! Ona görə də üzümü Sənə və Ona tutubdeyirəm, özü də Allah xatirinə deyirəm. Özü də bu şeirdəki kimi:

Şübhələri at, gülüm

At, Allah xatirinə...

Gözümdəki busəni

Dad, Allah xatirinə!..


Biz bir halıq isimdə

Mən həsrətin qəsdində

Sən qolumun üstündə -

Yat, Allah xatirinə!..


Ürək əbədi məşəl

Uzanıbdı bir cüt əl...

Bir azca da yeyin gəl -

Çat, Allah xatirinə!..


Seçib yalnız Cənnəti

Götürmə bu minnəti...

Sevginə Əbülfəti -

Qat, Allah xatirinə!..

Bəli, mən bu yazının adını tamam fərqli bir şey düşünmüşdüm və tamam fərqlibir yazını içimdə də yazmışdım. Sizdən nəgizlədim, adı "Quş südü" idi. Amma yazmadım. Çünki indi hər kəsin özünəgörə, cibinə görə istəyi var. Düşündüm ki, oxuyanlar elə bilər ki, könlümdən quşsüdü keçir. Amma yox! Mən hara, qüş südü hara! Mənim indi yaşadığım qırıqlardı- ömrün qırıqları. Sizə bunu arzu etmirəm.


TƏQVİM / ARXİV