adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Fevral 2017 17:53
11206
ELM VƏ TƏHSİL
A- A+

Şagirdlərin dostu olmaq zərurəti

Bakıda yerləşən 30-ya yaxın orta ümumtəhsil məktəblərində müşavirlər təyin olundu. ASAN xidmətlə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi "Məktəb müşavirləri xidməti layihəsi Azərbaycan dövlət təshil sistemində ilk sayılsa da buna oxşar təcrübə ümumtəhsil bazasında əvvəllər də tədbiq olunub. Uzun illər geniş abituriyent kütləsi toplamış Araz kurslarında hazırlaşanlar bilir ki, sözü gedən kurslarda "Abi”lər çalışırdılar. Məhz onlar abituriyentlərin dostu vəsifəsini daşıyırdılar. Valideyn–şagird-müəllim münasibətlərini nəzaratdə saxlayırlar. Asan xidmətin "şagirdlərin dostu layihəsi bu cəhətdən düzgün hesab oluna bilər ki, sözü gedən layihədə yaş məhdudiyyəti 21-30 aralığındadır. Bu isə yeiyetmə və uşaqlar üçün "Abi”lik və yaxud "Abla” olmaq üçün kifayət edir. Bəzi tənqidi yazılarda müşavirlə şagirdləri kölgə kimi pusanlar adlandırılsalar da heç də belə bir halın şahidi olmuruq. Təhsil ocaqlarında şagirdlərin dostu sayılan müşavirlərin fəaliyyəti təhsil sistemində şəffaflığı və münasibətləri normallaşdırmaq istiqamətində mühüm addım hesab olunur. 

Ekspertlər də hesab edir ki, bu pilot layihə həyata keçirildiyi ərəfədə Şagirdlərin psixoloji problemlərini, müəllim-şagird münasibətlərini üzə çıxarmaq üçün səmərəli addımdır.

Keçmiş təhsil sistemində tez tez dərslərdə Nazirliyinin tapşırığı ilə yoxlamaların gəldiyini və dərsin gedişatını müşahidə etmək üçün nümayəndələrin iştirak etdiyini xatırlayırıq. Sözü gedən yoxlamaların da zamanla şəffaflığını itirtməsi təhsildə moderizasiya edilmənin vacibliyini göstərdi. Məhz müasir dövrün innovativ tələblərini təmsil edə ASAN xidmət bununla kullikulum sisteminin hərtərəfli baxışını həyata keçirir.

Lakin layihənin icrası bəzi suallar yaradır. Müşavirin fəaliyyəti digər vəzifələrdə - psixoloq, tibb bacısı, direktor müavini və sairdə kadr ixtisarı yaratmayacaq ki? Yaranmış "müşavirlik" sistemi Azərbaycan təhsilinə nə verəcək? Müşavir direktoru və ya onun müavinlərini əvəz edəcək vəzifə ola bilərmi?

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, bir tərəfdən rasionallaşdırma və optimallaşdırma adı ilə təhsil sahəsində yerli-yersiz ixtisarlar edilir, digər tərəfdən əlavə ştatlar yaradılır: "Bunu necə başa düşmək olar? Əgər müşavirin əsas vəzifəsi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaqsa, onda məktəbin direktoru, onun müavinləri, məktəbin psixoloqu, həkimi, uşaq birliyinin rəhbəri, ən nəhayət sinif rəhbərləri, valideyn komitəsi nə ilə məşğuldurlar?” deyə sual edən təhsil ekspertinin fikrincə, sadalanan bu inzibati heyətin subyektləri öz funksional vəzifə borclarını lazımi səviyyədə yerinə yetirmirlərsə, artıq bu məsələnin başqa tərəfidir.

Ekspert bildirdi ki, "Məktəblinin dostu” beynəlxalq təcrübədən qaynaqlanır və bunun gələcəkdə nə kimi effekt verə biləcəyi hələ ki, sual altındadır: "Bu kimi xidmətlərə zərurət yaranması isə hesab edirəm ki, məktəbdənkənar və sinifdənxaric işlər kimi mühüm komponenti arxa plana keçirib, bütün diqqətimizi dərsə, orta məktəbdə ali məktəbə yüksək bal toplamaq yarışına yönəltməyimizdir. Halbuki ümumtəhsil məktəbinin vəzifəsi şəxsiyyətyönümlü vətəndaş hazırlamaqdan ibarətdir. Belə çıxır ki, məktəblərimiz bu qədər çoxsaylı personalla öz vəzifələrinin öhdəsindən gələ bilmir və onların əlavə dəstək lazımdır. Hər halda yaranan yeni xidmətin vahid Nizamnaməsi ilə yaxından tanış olduqdan sonra daha konkret nəsə demək olar”.

Təshil üzrə Ekspert Kamran Əsədov isə düşünür ki, müşavirlik sistemi Azərbaycan təhsilinə yeni nəfəs gətirəcək: "Bu sistem şagirdin məktəbdən kənarda vaxtını asudə keçirmək üçün köməklik edəcək. Şagirdlərlə mütəmadi iş qurulacaq.Hesab edirəm ki, Təhsil Nazirliyinin bu sistemi Azərbaycan təhsilinə yeni nəfəs gətirəcək. Əgər təhsil naziri hansısa məktəbdə direktoru dəyişə bilmirsə, dolayısı ilə müşavir yolu ilə buna münasibət bildirirsə, şagirdlər arasında neqativ halların aradan qalxmasına, məktəb - müəllim, məktəb - şagird münasibətləri dəyişəcək. Məktəb 3 kompanentdən ibarətdir. Müəllim, şagird və valideyn. Təəssüf ki, bu gün Azərbaycan məktəblərində bu kompanentlər bir-birindən aralıdır. Yəni valideynlərin çoxu uşaqla maraqlanmır. Çox vaxt müəllimlər valideynlərlə işləməyi bacarmır. Hesab edirəm ki, yeni yaranmış müşavirlik sistemi bu 3 kompanenti birləşdirəcək. Əgər bu sahəyə də əlavə məmurların təsir qüvvəsi olmasa, bu sistem yaxşı işləyəcək".


Mövzu ilə bağlı fikirlərini bildirən təhsil üzrə ekspert Məlahət Mürşüdlü də bildirib ki, sözügedən layihədən müsbət nəticələr əldə oluna bilər: "Məsələ burasındadır ki, indiyədək bu işi təhsil şöbələrində müfəttişlər və məktəb metodistlərinin həyata keçirməsi nəzərdə tutulurdu.Burada ən mühüm məqam müşavirlərin həm də psixoloq vəzifəsinin yerinə yetirməsidir. Amma burada bir məqam var ki, indiyədək məktəblərdə psixoloq ştatını tutanlar peşəkar olmayıblar. Onlar çox zaman məktəb direktorunun katibəsi funksiyasını yerinə yetirirlər. Məktəblərdə psixoloq məsələsi problem olaraq qalır. Məktəblərin çoxu psixolji xidmətlə təmin edilməyib. Onların fəaliyyəti tamam nəzarətdən kənardadır. Bu gün artan "məktəbli intiharları"nın fonunda bu problem daha qabarıq görünür. Ümid etmək olar ki, layihənin həyata keçirilməsi bu sahədə də irəliləyiş yaradacaq və şagird-valideyn- müəllim münasibətlərini daha da yaxşılaşdıracaq”.

Eyni zamanda qeyd edim ki, ali təhsil ocaqlarında da oxşar təcrübə mövcuddur. Hər nə qədər vəzifələrinin lazımınca yerinə yetirməsələr də ali məktəblərdə çalışan tyutor ekipajı tələbələrin dostu rolunu oynayırlar. Təhsil sistemində təcrübədən danışarkən şagirdlərin, abituriyentlərin yaxud tələbələrin dostları ən əsası onlardan yaşca böyük olmalıdırlar. Məhz tyutorların bu sahədə uğur qazana bilmələri də gənc kadrların ekipajda yer almasıdır.

Rüfət Soltan