adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Fevral 2017 17:41
52512
TEXNOLOGİYA
A- A+

“Apple” ən bahalı “iPhone” modeli üzərində çalışır

"FastCompany” şirkətinin mütəxəssisləri güman edirlər ki, növbəti "iPhone” modeli keçmiş modellərdən baha olacaq.

Adalet.az Technote.az-a istinadən xəbər verir ki, onun təxmini qiyməti 1000 dollar hesablanıb.

"Apple”a yaxın olan mənbələrin verdikləri məlumata görə, yeni çıxacaq "iPhone” inqilabi dizaynı və ucuz olmayan komponentləri özündə birləşdirəcək.

Qiymət fərqi ən çox 5,8 inç OLED ekranlı "iPhone” modelində hiss olunacaq. Belə ki, ənənəvi LCD ekran yerinə OLED növündən istifadə smartfonun qiymətini qaldıracaq.

Bundan başqa, qiymət göstəricisinin artımına naqilsiz şarj xüsusiyyəti də təsir edəcək.

Qeyd etmək lazımdır ki, şirkətin ən bahalı smartfonun adı "iPhone X” kimi qələmə verilir. Onun4,7 inç iPhone 8 və 5,5 inç "iPhone 8 Plus” modelləri ilə bir vaxtda satışa çıxarılması gözlənilir.

Həmçinin bir çox məlumatlara əsasən, "iPhone X”-də 3D sensor texnologiyası olacaq. Həmin texnologiya vasitəsilə smartfon istifadəçini üz cizgilərinə görə tanıya biləcək. Smartfonun korpusunun isə şüşədən olacağı güman edilir.