adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Fevral 2017 16:49
14581
İDMAN
A- A+

Paytaxt klubu yeni baş məşqçisini tapdı

"Arsenal” mövsümün sonunda baş məşqçi Arsen Vengerlə yollarını ayıra bilər. 

Adalet.az saytının xarici mətbuata istinadən məlumatına görə, "topçular” Premyer Liqada mövsümü ilk "4-lük”də bitirməsə, əfsanəvi çalışdırıcı vəzifəsindən uzaqlaşacaq.

London klubu artıq yeni baş məşqçisini də tapıb. Belə ki, "Arsenal” Çempionlar Liqasına vəsiqə əldə edə bilməsə, Dortmund "Borussiya”sının çalışdırıcısı Tomas Tuhelə təklif göndərəcək. "Kanonirlər” bu keçid sayəsində "Borussiya”dakı bir neçə istedadlı gəncin də transferinə nail olmaq niyyətindədi.

Qeyd edək ki, Arsen Venger 1996-cı ildən "Arsenal”ın "sükanı arxası”ndadı.