adalet.az header logo
  • Bakı 11°C
10 Fevral 2017 16:42
9514
İDMAN
A- A+

Yovana Brakoçeviç Bakıda tarix yazdı

Qadın voleybolçular arasında Çempionlar Liqasının yeni rekord müəyyənləşib.

Bu qrup mərhələsinin IV turunda gerçəkləşib.

Bakıda "Telekom"un qonağı olan İtaliya "Modena"sının oyunçusu Yovana Brakoçeviç adını tarixə yazdırıb. Serbiyalı ulduz komandasının 3:1 (25:20, 23:25, 25:23, 25:22) hesabı ilə qalib gəldiyi qarşılaşmada 33 xal toplayıb.

Yovana rusiyalı Natalya Qonçarovanın rekordunu 1 xal üstələyib. Moskva "Dinamo"sunun kapitanı buna İsveçrə "Volero"su ilə oyunda nail olmuşdu.

Qeyd edək ki, Brakoçeviç 2014/2015 mövsümündə "Azərreyl"in şərəfini qoruyub.