adalet.az header logo
  • Bakı 12°C
10 Fevral 2017 15:43
6449
İDMAN
A- A+

İngiltərə 13 futbolçu narkotika qəbul edib

2012-ci ildən bəri İngiltərə Futbol Assosiasiyası13 futbolçunun narkotik maddədən istifadə etdiyini aşkarlayıb.

Adalet.az-ın xəbərinə görə, bu sensasiyalı məlumatı bu gün "Daily Mail” nəşri yazıb. İddia edilib ki, bu faktı assosiasiya ictimaiyyətdən gizlədib. Onların belə bir addım atması isə futbolçuların reabilitasiyasına hesablanıb.

Bildirilib ki, futbolçular oyun olmayan günlərdə kokain və ekstazi qəbul ediblər. Buna görə federasiyası onları məxfi şəkildə cəzalandırıb.

Narkotika qəbul edən 13 oyunçudan yalnız 2-nin adı qəzetə məlum olub. Bunlar"Şeffild Yunayted”in yarımmüdafiəçisi Cozi Bakster(iki dəfə cəzalandırılıb) və"Ross Kaunti”nin qapıçısı Aarob Makkeridir.

Qəzet yazıb ki, 2012/13 mövsümündə 1, 2013/14 mövsümündə 3, 2014/15 mövsümündı 6, 2015/16 mövsümündə isə 3 futboluçunun qanından götürülən analizlərin nəticəsi onların narkotik maddədən istifadə etdiyini sübuta yetirib.