PRİSTAV KƏNDXUDANI SÖYDÜ…

FAİQ QİSMƏTOĞLU
67713 | 2017-02-10 15:00

… Qələmə aldığımızhadisə ötən əsrin əvvəllərində Yelizavetpol quberiyasının əyalətlərinin birindəbaş verib. Və bu hadisə bu gün də həmin kənd camaatının yadından çıxmayıb. Deyəbilərsiniz ki, balam, bu adamlar vaqe olmuş hadisəni necə biliblər? Çox sadəcə:onlara hadisəni babaları danışıb, babaları atalarına deyib, ataları da övladlarına…

… Uzaqdan gələn faytonukəndin kənarındakı balaca uşaqlar yaxşı görürdülər. Və sevinə-sevinə də ayaqyalın-başıaçıqkəndə sarı qaçaraq uzaqdan gördükləri faytonunxəbərini çatdırırdılar. Bir göz qırpımında bu xəbər kəndin ayağından başınaqədər hamıya gedib çatdı. Hələ indiyə qədər çox nadir halda bu kəndə belə faytongələrdi. Faytonda da elə-belə adam əyləşməzdi. Əlahəzrət imperatorun ən sədaqətlipristavlarından biri əyləşərdi…

… Toz-torpağın içindəfayton kəndə sarı irəliləyirdi. Faytonun qabağında atda əyləşmiş iki qaradavoy vardı.Və faytonun arxasında da yenə iki qaradavoy atın üstündə idilər. Onlar faytondaəyləşmiş pristavın təhlükəsizliyini qoruyurdular. Pristav faytonun pəncərəsindənbir daha gəldiyi əyalətin yollarına baxdı. Təkərlərin altından çıxan toz-torpaqbir anın içində faytonun pəncərəsindən içəri doldu. Pristavın yanındakı mühafizəçicəld pəncərəni örtdü və qanıqaralmış pristavı şənləndirmək istədi. Ancaq onun zarafatlarıpristavın eynini açmadı. Əksinə, qanı daha da qaraldı, qaşları çatıldı və dedi:

- Bu kəndin kəndxudasıkopəkoğlu hara baxır? Yolu düzəltmək üçün hər il əlahəzrət imperator tərəfindənbir ətək pul ayrılır. O da pulu yolu xərcləmək əvəzinə özünə gün-güzəran düzəldir.Qoy o kəndə çatım, köpəkoğlunun yeyib-içdiyini burnundan tökəcəyəm…

Mühafizəçi pristavınəsəbləşdiyini görüb səsini içinə çəkdi. Dinib-danışmadı və gözünü pəncərədən tozlu-torpaqlıyola dikdi.

Pristavın kəndə gəlməsitəsadüfi deyildi. Kənd ağsaqqallarından biri Kərbəlayı Əliş qubernatora şikayətərizəsi yazmışdı. Elə bu şikayət ərizəsini də aydınlaşdırmaq üçün pristav kəndətəşrif buyururdu. Yoxsa, belə tozlu-torpaqlı kənddə pristavın nə iti azmışdı?

Pristavın kəndə gəldiyindənxəbər tutan kəndxuda onu düz kəndin girəcəyində - yuxarı hissəsində qarşıladı. Ammaqırımından gördü ki, pristav ona bərk əsəbləşib. Heç kəndxudanın verdiyi salamıda almadı. Dedi ki, siz nə ipiqırıq adamlarsınız? Sən özün də, camaatınız da deyəsənqudurubsunuz. Qudurmasalar götürüb qubernatora şikayət yazmazlar.

Pristavın kəndə gəldiyinieşidən camaat mərkəzə yığıldı. Adam əlindən tərpənmək mümkün deyildi. KərbalayıƏliş, Kərbalayı Cəmşid, Kərbalayı Müzəffər, Məşədi Hüseyn, Məşədi Məmməd… bir sözlə,kəndin ağsaqqalları hamısı toplaşmışdı bu meydana…

Axır ki, pristavınfaytonu kəndin mərkəzinə çatdı. Ondan əvvəl qabaqda iki atlı, arxada da digər ikiatlı faytonu müşayət eləyərək kəndə çatdırdılar. Sanki onların çiynindən ağır yükgötürülmüşdü. Kəndin ağsaqqalları pristavın faytonunu görən kimi qəlyanlarını söndürdülər.Hansı ki, pristav kəndə yaxınlaşana qədər adını çəkdiymiz o ağsaqqalların hər biriqəlyana güc verirdilər…

Pristavın başı faytondangörünəndə hamı onu əl çalıb alqışladı. Pristav da papağını qaldıraraq razılığınıbildirdi və sonra da dilləndi:

- Siz ki, belə alicənabadamlarsınız, bəs nə üçün götürüb əlahəzrət qurbernatora uzun bir şikayət yazmısınız?Məgər biz sizə pislik eləmişik? Kəndinizdə məktəb açmışıq, məscidiniz var, hələbir balaca xəstəxananız da tikilib. Heç qonşu kəndlərdə bunun biri də yoxdur. Ammaonlar əlahəzrət imperatordan və qubernatordan çox razıdılar.

Yerdən səslər gəldi:

- Vallah, biz dəhəm əlahəzrət imperatordan, həm də qubernatordan çox razıyıq. Bax, beş dəfə verginiartırmısınız, dinmirik. Körpüdən keçməyə görə vergi qoymusunuz, yenə dinmirik. Ordada vergini artırmısınız, yenə susuruq. Təkcə körpüdən keçməyə görə 25 manat hərbirimiz pul ödəyirik. Heç buna da narazılığımız yoxdur. Narazılığımız odur ki, okörpüdən keçəndə bir dənə şillə-təpik vuran adam qoymusunuz. Bax, o adam da şillə-təpikvurmağı çatdırmır, körpüdə basabas yaranır…

Pristavhandan-hana anlayır ki, balam, bu avam müsəlmanlar yenə fil qulağında yatıblar.Və sakit halda deyir:

-İndi mən sizə nə kömək eləməliyəm? Zarafat deyil, məni qubernator iki daşın arasındabura göndərib ki, görək bu müsəlmanlar niyə şikayət eləyirlər?

Yenə meydana toplaşmışağsaqqallardan biri səslənir:

- Başına dönək, aypristav qardaş, sizdən və qubernatordan bir xahişimiz var: bizim kəndi birləşdirəno çayın üstündən keçən körpüdə tez-tez basabas yaranır. Yəni həmin şillə-təpik vuranlarçatdırmırlar. Xahiş edirik ki, ora bir nəfər deyil, üç-dörd nəfər göndərin ki, çayınüstündəki körpünü keçəndə adamlara şillə-təpikləri tez vursunlar ki, orda basabasyaranmasın…

Pristav onları dinləyəndənsonra yenidən qımışır və ürəyi tam sakitləşir. Və deyir:

- Baş üstə, günüsabahdan orda vergilər də artırılacaq, camaata şillə-təpik vuranlar da çoxalacaq.Altı nəfər göndərəcəyik ora, körpünü keçəndəcamaata tez şillə-təpik vursun və basabas yaranmasın. Tay başqa şikayətinizyoxdur ki?!

Yenidən yerdən səslərgəldi:

- Xeyr, hörmətlipristav. Bizim elə şikayətimiz bu idi.

Pristav papirosunuçıxaran kimi yanındakı mühafizəçi onu yandırdı və bir daha pristav dərindən nəfəsaldı. Düşündü ki, balam, bu ermənilərin,gürcülərin yanında müsəlmanlar toya getməlidilər. Onlar bizdən məktəb açmağı, xəstəxana tikdirməyi, uşaqları başqa ölkələrdəoxutmağı tələb eləyirlər. Bu müsəlmanlarsa nə uşaq oxutmağa fikir verirlər, nə məktəbaçdırmağa, nə də xəstəxana tikdirməyə. Olsa-olsa məscid tikdirməyi arzulayarlar.Heç ona da çox vaxt əlahəzrət imperator icazə vermir. Deyir ki, hər quberniyadauzaqbaşı bir-iki məscid oldu bəsdi. Qoy müsəlmanlar o məscidlərdə ibadət eləsinlərvə Allahına şükür etməyi yaddan çıxarmasınlar.

Pristavın faytonuvə mühafizəçiləri kəndin kənarındakı meşənin içində gözəl bir yerdə dayandılar.Çünki müsəlmanlar bu görüşdən razı qalmışdı. Pristav və adamları o meşənin içindəkikababxanada möhkəm yeyib-içdilər və o ki, var kef elədilər…

Axşama yaxın isəfayton hərəkətə gəldi. Qabaqda iki atlı, arxada isə yenə iki atlı pristavı qoruyurdular.Fayton gözdən itdi. Yollar yenidən toz-torpağa büründü. Balaca uşaqlardan biri əlinigözünün üstünə qoyub günəş şüasından qorunaraq pristavın toz qaldıran faytonunagözdən itənədək tamaşa elədi…


TƏQVİM / ARXİV