adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
10 Fevral 2017 14:39
54499
HÜQUQ
A- A+

Mehman Hüseynovun məhkəməsi keçirilib

Sabunçu rayon Məhkəməsində Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin bloqqer Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bu haqda məlumat verən vəkil Elçin Sadıqov deyib ki, prosesə hakim Ceyhun Qədimov sədrlik edib. Vəkil məhkəmədən şikayətlə tanış olmadıqlarını əsaslandıraraq vaxt istəyib.

Hazırlıq iclası fevralın 17-ə təyin edilib.

Qeyd edək ki, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə təqsirli bilinərək saxlanılmışdı. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə bloqqer 200 manat cərimələnərək sərbəst buraxılıb. M.Hüseynov mətbuata verdiyi açıqlamada polislərin onunla pis rəftar etdiyini, fiziki zorakılığa məruz qaldığını, başına torba keçirildiyini deyib.

DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov saytımıza açıqlamasında bloqqerin dediklərini təkzib etmişdi.

Bundan sonra Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.