adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Fevral 2017 11:56
14615
İQTİSADİYYAT
A- A+

Dollar ucuzlaşmaqda davam edir

İqtisadi sanksiyalardan əziyyət çəkən Rusiyada dolların ucuzlaşması ekspertlərin diqqətini çəkib.

Adalet.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin rublu ucuzlaşdırmaq istəyinin əksinə olaraq, hazırda dollar 58,8 rubla qədər ucuzlaşıb. Ekspertlər bunu neftin dünya bazarında bahalaşması ilə izah etməyə çalışsalar da, bu, səbəblərdən yalnız biri hesab edilir. Digər səbəb kimi isə ABŞ-ın özünün dolları ucuzlaşdırmaq və ixrac potensialını artırmaq istəyi göstərilir.

Türkiyədə də dollar son bir həftədə 3,68 lirədə sabitləşib.

Vaşinqtonun Tehrana qarşı siyasətinin sərtləşdirməsinə və son sanksiyalara rəğmən, dolların ucuzlaşması prosesi İrandan da yan keçməyib. Hazırda dollar İranda təxminən 80 tümən ucuzlaşıb və 3800 tümən civarındadır.

Xatırladaq ki, bir neçə gündür Azərbaycanda dolların kəskin ucuzlaşması müşahidə edilir. 5 gün öncə 1,92 manat civarında olan dollar bu gün 1,73 manata düşüb. Dolların ucuzlaşmasının davam edəcəyi gözlənilir.