adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 Fevral 2017 11:51
8715
MƏDƏNİYYƏT
A- A+

Xocalı faciəsinin qurbanları anılacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrındaXocalı faciəsinin qurbanları anılacaqlar.

Adalet.az-ın məlumatına görə, fevralın 24-də Pirallahı və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı qəsəbəMədəniyyət Evində faciənin 25-ci ildönümü münasibətilə S.Elsevərin "Ürəyində arzu tut” əsəri əsasında hazırlanmış "Arzu və Murad” tamaşası göstəriləcək.

Fevralın 26-da saat 19.00-da isə adıçəkilən tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş etdiriləcək. Tamaşadan əvvəl teatrın kollektivi "Ana fəryadı” abidəsini ziyarət edərək faciə qurbanlarını xatirəsini yad edəcəklər.

"Arzu və Murad” tamaşasının quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Səhnə əsərində əsas obrazları əməkdar artist Gülər Nəbiyeva, aktyorlarSəbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.